Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-910/2025 11.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı «Cərəyan” MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 318,78 manat əsas borc və 50,61 manat cərimə borcu olmaqla cəmi 369,39 (üç yüz altmış doqquz manat, otuz doqquz qəpik) manat borcun, həmçinin xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 318,99 manat əsas borc və 51,04 manat cərimə borcu olmaqla cəmi 370,03 (üç yüz yetmiş manat, üç qəpik) borcun, hər iki müqavilə üzrə ümumilikdə 739.42 (yeddi yüz otuz doqquz manat qırx iki qəpik) manat borc və məhkəmə xərci olaraq 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 367,99 manat dəyərində olan 1 (bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (bir) ədəd X1 (12 ay) model məhsul almışdır. Cavabdeh borclu olduğu 367,99 manat məbləğdən 20,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 347,99 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi hər ay 29 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 49.21 manat təşkil edir. Həmçinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 367,99 manat dəyərində olan 1 (bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Midnight Black və 1 (bir) ədəd X1 (12 ay) model məhsul almışdır. Cavabdeh borclu olduğu 367,99 manat məbləğdən 20,00 manat ilkin ödəniş etmiş və onun 347.99 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 29,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2025-cü il tarixinə İddiaçı MMC-ə xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 318,78 manat əsas borc və 50,61 manat cərimə borcu olmaqla ümumilikdə 369,39 manat borcu, həmçinin xx.xx.2024-cü il tarixli ********** Nisyə alqı-satqı müqaviləsi üzrə 318,99 manat əsas borcu və 51,04 manat cərimə cəmi 370,03 manat borcu vardıq. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsək də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da, cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 367,99 manat dəyərində olan 1 (bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (bir) ədəd X1 (12 ay) model məhsul almışdır. Cavabdeh borclu olduğu 367,99 manat məbləğdən 20,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 347,99 manat borcu qalmışdır. Həmçinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 367.99 manat dəyərində olan 1 (bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Midnight Black və 1 (bir) ədəd X1 (12 ay) model məhsul almışdır. Cavabdeh borclu olduğu 367,99 manat məbləğdən 20,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 347,99 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 29,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 29,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aralarında olan təhvil-təslim aktına əsasən cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0.5%-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Cavabdeh xx.xx.2025-cü il tarixinə İddiaçı MMC-ə xx.xx.2024-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 318,78 manat əsas borc və 50,61 manat cərimə borcu olmaqla ümumilikdə 369,39 manat borc, həmçinin xx.xx.2024-cü il tarixli ********** Nisyə alqı-satqı müqaviləsi üzrə 318,99 manat əsas borcu və 51,04 manat cərimə cəmi 370,03 manat olmaqla ümumilikdə 739,42 manat borcu vardır. Cavabdehə gecikdirilmiş borcun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq (pretenziya) məktubu göndərsək də, cavabdeh müqavilə ilə şərtləşdirilmiş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə satış müqaviləsindən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, cavabdeh 367,99 manat dəyərində 20 manat ilkin ödəniş etməklə 1 (bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Starry Blue və 1 (bir) ədəd X1 (12 ay) model məhsul almış, nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 29 manat, sonuncu ay 28.99 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli Nisyə satış müqaviləsindən, təhvil-təslim aktından və ödəniş cədvəlindən görünür ki, cavabdeh 367,99 manat dəyərində 20 manat ilkin ödəniş etməklə 1 (bir) ədəd XİAOMİ REDMİ 14C 4/128GB Midnight Black və 1 (bir) ədəd X1 (12 ay) model məhsul almış, nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay 29 manat, sonuncu ay 28.99 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. «Cərəyan” MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cərəyan MMC-yə xx.xx.2025-ci il tarixə 318,78 (üç yüz on səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas borc və 50.61 (əlli manat altmış bir qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 369,39 (üç yüz altmış doqquz manat otuz doqquz qəpik) manat borcu, həmçinin xx.xx.2024-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cərəyan MMC-yə xx.xx.2025-ci il tarixə 318,99 (üç yüz on səkkiz manat, doxsan doqquz qəpik) manat əsas borc və 51,04 (əlli bir manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 370,03 (üç yüz yetmiş manat üç qəpik) manat borcu vardır. xx.xx.2025-ci il tarixli gecikdirilmiş borcun ödənilməsi haqqında pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı, həmçinin xx.xx.2024-cü il tarixli ********** saylı nisyə alqı-satqı müqavilələri üzrə yaranmış borcun ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi. O cümlədən icaranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyin icrasını gecikdirdiyindən iddiaçının cərimə (dəbbə pulu) tələbi də əsaslıdır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 318,78 manat əsas, 50.61 manat cərimə borcu olmaqla ümumilikdə 369,39 (üç yüz altmış doqquz manat, otuz doqquz qəpik) manat borc, həmçinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 318,99 manat əsas, 51.04 manat cərimə borcu olmaqla 370,03 (üç yüz yetmiş manat, üç qəpik) manat borc məbləği, hər iki müqavilə üzrə ümumilikdə 739.42 (yeddi yüz otuz doqquz manat qırx iki qəpik) manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 318,78 manat əsas, 50.61 manat cərimə borcu; xx.xx.2024-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 318,99 manat əsas, 51.04 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 739.42 (yeddi yüz otuz doqquz manat qırx iki qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-910/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-910/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver