Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-965/2023 29.08.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdehnə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 36504m3 qaz itkisinə görə hesablanmış 4380,48 manat borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil dəqiqləşdirilməyə dair ərizə verərək, cavabdehlərdən yalnız Cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizə Azərbaycan Republikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qəbul edildi. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 11:20-də Göygöl rayonu, Balçılı kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh təşkilatın əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğacdan əlavə kənar xəttin aşkar edilməsi və baxış zamanı aşağıda qeyd olunan qazişlədiçilərin qeyd edilməklə cəmi 36504m3 ziyanın hesablanması qeyd edilmişdir. Qaz işlədicilərindən dəmir sobanın (4 ədəd) maksimal saatlıq qaz sərfi 4x1.4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 24 saat va hesabat müddəti 90 gün, boçka (2 ədəd) maksimal saatlıq qaz sarfi 2x2.0 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, iran sobası (2 ədəd) maksimal saatlıq qaz sərfi 2x1.5 m³/saat, orta gunluk iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ3 maksimal saatlıq qaz sərfi 0,8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiator maksimal saatlıq qaz sərfi 0,1 m/saat, orta günlük iş rejimi 24 saat va hesabat müddəti 90 gün kimi qeyd edilmişdir. Beləliklə iddiaçıya məxsus evdə sayğacdan əlavə bir kənar xətt olmuşdur, lakin cavabdeh təşkilat qaz sərfiyyatını və hesabat müddətini düzgün hesablamamışdır. Aktda qeyd edilən qazişlədiçilərinin hamısının orta is rejimi 24 saat və hesabat müddəti 90 gün kimi hesablanmışdır. Halbu ki, heç bir qazişlədici 24 saat işləmir. Hesabat müddətinin isə 90 günlük qeyd edilməsi heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Bundan başqa, iddiaçının evində 4 ədəd dəmír soba yazılmışdır, lakin evdə cəmi iki dəmir soba vardır ki, onlardan biri ümumiyyətlə yararsızdır və işləmir, digəri isə üç gözlü sobadır (bir gözü elektriklə işləyir). Bundan başqa, aktda qazişlədiçiləri kimi 2 ədəd boçka yazılmıdır. Hər iki boçka odun boçkası kimi istifadə olunur, birinə qaz xətti çəkilmişdir, lakin qaz xətti yalnız odunun alışdırılması üçün nəzərdə tutulmuşdur. Digər boçka da odun boçkası olmaqala həmin boçkaya ümumiyyətlə qaz xətti çəkilməmişdir. Bundan başqa, aktda PQ4 (kombi) qeyd olunmuşdur, lakin iddiaçının evində heç vaxt kombi olmamışdır. İddiaçı evini yalnız iran sobası ilə isidir, həmin iran sobası mətbəxtədir, digər iran sobası isə zalda yerləşdirilmişdir. Lakin həmin iran sobasına qaz xətti çəlikmədiyindən işləmir. İddiaçı qanunsuz qoşulma hallarına görə hesablanmış məbləğdən 900 manat pul ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesabladığı 36504m³ qaz sərfiyatı (4380,48 manat) real zərəri əks etdirmir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o doğrudan da 10-15 gün ərzində 2 ədəd dəmir sobadan qanunsuz olaraq istifadə etmişdir. Qalan yazılmış sobalar və digərləri isə odunla işləyir, bəziləri isə ümumiyyətlə işləməyib. Cavabdeh orqan isə qanunsuz olaraq 90 gün üçün borc hesablamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını və onun nümayəndəsi və vəkilini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh İB Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd kimi sayğacdan kənar xəttin aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, istehlakçı ünvan 1 ünvanında yaşayan İddiaçı dəymiş ziyanın həcminin hesablanması kimi orta günlük iş rejiminin 24 saat, hesabat müddətinin 90 gün kimi hesablanaraq cəmi 36504m3 qaz itkisinə görə 4380,48 manat pul vəsaiti hesablanmışdır. xx.xx.2023-cü il tarixli Abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin aprel ayının sonuna olan borcu 4399,78 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdehnə qаrşı “qeyriqanuni hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 11:20-də Göygöl rayonu, Balçılı kəndində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh təşkilatın əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğacdan əlavə kənar xəttin aşkar edilməsi və baxış zamanı aşağıda qeyd olunan qazişlədiçilərin qeyd edilməklə cəmi 36504m3 ziyanın hesablanması qeyd edilmişdir. Qaz işlədicilərindən dəmir sobanın (4 ədəd) maksimal saatlıq qaz sərfi 4x1.4 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, orta günlük iş rejimi 24 saat va hesabat müddəti 90 gün, boçka (2 ədəd) maksimal saatlıq qaz sarfi 2x2.0 m³/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, iran sobası (2 ədəd) maksimal saatlıq qaz sərfi 2x1.5 m³/saat, orta gunluk iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ4 maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, PQ3 maksimal saatlıq qaz sərfi 0,8 m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiator maksimal saatlıq qaz sərfi 0,1 m/saat, orta günlük iş rejimi 24 saat va hesabat müddəti 90 gün kimi qeyd edilmişdir. Beləliklə iddiaçıya məxsus evdə sayğacdan əlavə bir kənar xətt olmuşdur, lakin cavabdeh təşkilat qaz sərfiyyatını və hesabat müddətini düzgün hesablamamışdır. Aktda qeyd edilən qazişlədiçilərinin hamısının orta is rejimi 24 saat və hesabat müddəti 90 gün kimi hesablanmışdır. Halbu ki, heç bir qazişlədici 24 saat işləmir. Hesabat müddətinin isə 90 günlük qeyd edilməsi heç bir normativ hüquqi akta əsaslanmadığından qanunsuzdur. Bundan başqa, iddiaçının evində 4 ədəd dəmír soba yazılmışdır, lakin evdə cəmi iki dəmir soba vardır ki, onlardan biri ümumiyyətlə yararsızdır və işləmir, digəri isə üç gözlü sobadır (bir gözü elektriklə işləyir). Bundan başqa, aktda qazişlədiçiləri kimi 2 ədəd boçka yazılmıdır. Hər iki boçka odun boçkası kimi istifadə olunur, birinə qaz xətti çəkilmişdir, lakin qaz xətti yalnız odunun alışdırılması üçün nəzərdə tutulmuşdur. Digər boçka da odun boçkası olmaqala həmin boçkaya ümumiyyətlə qaz xətti çəkilməmişdir. Bundan başqa, aktda PQ4 (kombi) qeyd olunmuşdur, lakin iddiaçının evində heç vaxt kombi olmamışdır. İddiaçı evini yalnız iran sobası ilə isidir, həmin iran sobası mətbəxtədir, digər iran sobası isə zalda yerləşdirilmişdir. Lakin həmin iran sobasına qaz xətti çəlikmədiyindən işləmir. İddiaçı qanunsuz qoşulma hallarına görə hesablanmış məbləğdən 900 manat pul ödəmişdir. Beləliklə, cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesabladığı 36504m³ qaz sərfiyatı (4380,48 manat) real zərəri əks etdirmir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinin İ bəndinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli. 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, tərəflər arasında mübahisə iddiaçının istifadə etdiyi qazın haqqını ödəməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı qazdan birbaşa istifadə olunması və bunun aktla rəsmiləşdirilərək iddiaçıya itirilmiş qazın bərpası məqsədilə hesabat aparılması ilə ona 90 gün üçün dəyəri 4380.48 manat pulun hesablanması, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmiş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəlikləri deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hazırki iş üzrə iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması iş materialları ilə tam sübut olunur. Göründüyü kimi, iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə hesabat aparılması ilə ona 90 gün üçün dəyəri 4380,48 manat pulun hesablanması, yəni iddiaçının vurulmiş zərərin ondan tutulması ilə bağlıdır. Bundan başqa iş materiallarında olan məhkəməyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə 90 gün üçün dəyəri 4380,48 manat pul hesablanmış, yəni cavabdeh orqan tərəfindən hesablama 90 gün üçün aparılmış, beləliklə, qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 5.5-ci bəndinə əsasən, qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Göründüyü kimi, qanunvericiliyə əsasən hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Yəni, cavabdeh orqan hər ay iddiaçını məlumatlandırmalıdır. Eyni zamanda, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbinə görə qaz paylayıcısının vəzifələrindən biri qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirmək və cihazı texniki cəhətdən saz vəziyyətdə saxlamaqdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh orqan tərəfindən hesablama 30 gün üçün aparılmalı olduğu halda, 90 gün üçün aparıldığından əsassız olaraq digər günlər üçün hesablanmış məbləğ (2920,32 manat) ümumi hesabdan silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа Avropа İnsаn Hаqlаrı Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış 4380,48 manat pulun 2920,32 manatı hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-965/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 29 avqust 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı Cavabdehnə qаrşı “qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış 4380,48 manat pulun 2920,32 manatı hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №e-2(066)-965/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-965/2023
29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver