Məhkəmə qərarları › İş №e-2(066)-98/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-98/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-98/2024 10.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Göygöl Rayon Məhkəməsi Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 komputer üçün 1045 (bir min qırx beş) manat ödənilməmiş hissə, 311 (üç yüz on bir) manat dəbbə, xx.xx.2022ci il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO 14 komputer üçün 3600.42 (üç min altı yüz manat 42 qəpik) manat ödənilməmiş hissə, 1059.58 (bir min əlli doqquz manat 58 qəpik) manat dəbbə, ümumilikdə 6016 manat borc və 80.16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 kompüter, APPLE MACBOOK PRO 14 kompüter almış və nəticədə 6016 (altı min on altı) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2615 (iki min altı yüz on beş) manat (12 ay x 207.5 manat + 125 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə 1356 (bir min üç yüz əlli altı) manat olmaqla ondan 1045 (bir min qırx beş) manat ödənilməmiş hissə, 311 (üç yüz on bir) munat dəbbə: Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5783.22 (beş min yeddi yüz səksən üç manat iyirmi iki qəpik) manat (18 ay x 321.29 manat 0 ilkin ödəniş) olan APPLE MACBOOK PRO 14 kompüter üçün ümumilikdə 4660 (dörd min altı yüz altmış) manat olmaqla ondan 3600.42 (üç min altı yüz manat 42 qəpik) manat ödənilməmiş hissə, 1059.58 (bir min əlli doqquz manat əlli səkkiz qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3752.8 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslimi aktndan görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçının aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iki müqavilə üzrə məhsullar almışdır. 18 yanvar 2022-ci ildə bir məhsul almış, 14 fevral 2022-ci ildə bir məhsul almışdır. Cavabdeh ilk dəfə məhsul götürmək istəyəndə onun heç bir gecikməsi olmamışdır. Ona görə yenidən 1-ci müqavilədən 1 ay keçdikdə ona ikinci məhsul verilmişdir. Cavabdehin hazırda 6016 manat borcu yaranmışdır. Buna baxmayaraq olan borcunu ödəmir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli müqavilədən görünür ki, 2615 manat məbləğində olan APPLE MACBOOK AİR 13 markalı kompüter və ******* nömrəli müqavilədən aydın olur ki, 5783.26 manat məbləğində olan APPLE MACBOOK PRO 14 markalı kompüter "xxxx" MMC-dən Cavabdeh müqavilədə göstərilən şərtlərlə qəbul etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən ümumilikdə ödənilməmiş məbləği 6016 manat təşkil edir. İş materiallarında olan Maps şöbəsinin arayışından görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə Göygöl rayonu Nadil kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh ödəniş cədvəlində nəzərdə tutulan vaxt və qaydaya əməl etməməsinə görə aidiyyəti üzrə məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmunu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İşdə olan tərəflər arasında bağlanmış müqaviləyə görə “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyinə görə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 311 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1059.58 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tətbiq olunmuş 311 (üç yüz on bir) manat məbləğində dəbbə pulunun 280 (iki yüz səksən) manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 31 (otuz bir) manat hissəsində təmin edilməli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə tətbiq olunmuş 1059.58 (bir min əlli doqquz manat 58 qəpik) manat dəbbə pulunun 954.58 (doqquz yüz əlli dörd manat 58 qəpik) manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 105 (bir yüz beş) manat hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 komputer üçün 1045 (bir min qırx beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO 14 komputer üçün 3600.42 (üç min altı yüz manat 42 qəpik) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, ümumilikdə 4781,42 manat borc və 80.16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 80.16 (səksən manat 16 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 80.16 (səksən manat 16 qəpik) manat dövlət rüsumu iddia qismən təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 komputer üçün 1045 (bir min qırx beş) manat ödənilməmiş hissə, 31 (otuz bir) manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən APPLE MACBOOK PRO 14 komputer üçün 3600.42 (üç min altı yüz manat 42 qəpik) manat ödənilməmiş hissə, 105 (bir yüz beş) manat dəbbə, ümumilikdə 4781,42 manat borc və 80.16 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar