Məhkəmə qərarları › İş №e-2(067)-1024/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1024/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1024/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 625 (altı yüz iyirmi beş ) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 16 aprel 2022-ci il saat 07:30 radələrində, Quba rayonu, Heydər Əliyev prospekti ərazisində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21093” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktına əsasən “VAZ 21093” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 625 (altı yüziyirmi beş ) manat təşkil edir. "xxxx" ASC tərəfindən hadisə üzrə PXA108363/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərin aradan qaldırılması üçün ümumilikdə 625 (altı yüziyirmi beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə gödərərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar etməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcbari Sığorta Müqaviləsinə dair Məlumatdan müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2021-ci il tarixli, PXA********** nömrəli sığorta müqviləsinə əsasən «VAZ 2106» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh1 mülki məsuliyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 il müddətinə, yəni 28 iyun 2022-ci il tarixədək icbari sığortalanmışdır. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, 16 aprel 2022-ci il tarxidə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxslər avtomobilin mülkiyyətçisi Cavabdeh1 oğlu və sürücüsü Cavabdeh2 oğlu olmuşdur. PXA108363 saylı sığorta aktından müəyyən edilir ki, Cavabdeh2 oğlu tərəfindən idarə olunan sığortalanmış «VAZ 2106» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «VAZ 21093» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşması ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 ödənilməli sığorta məbləği 625 manat təşkil edir. İş materiallarında olan 04 may 2022-ci il tarixli, 3527 №-li ödəniş tapşırığndan müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 PXA108363 saylı sığorta aktına əsasən 625 manat sığorta ödənişi edilmişdir. 19 aprel 2022-ci il tarixli və 29 aprel 2022-ci il tarixli geriyə tələb - subroqasiya məktublarından müəyyən edilir ki, Cavabdeh2 oğluna cəmi 625 manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməsi, əks halda borcun məcburi qaydada alınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. “AutoBox automobile services”in 16 aprel 2022-ci il tarixli qiymətləndirmə aktından müəyyən edilir ki, «VAZ 21093» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 625 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında 31 yanvar 2025-ci il tarixli, **********82 saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə 18 iyun 2021-ci il tarixli, PXA********** nömrəli sığorta müqviləsi bağlayaraq özünə məxsus «VAZ 2106» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə, yəni 28 iyun 2022-ci il tarixədək icbari sığortalamışdır (İcbari Sığorta Müqaviləsinə dair Məlumat). İşin Hallarından müəyyən edilir ki, Cavabdeh2 oğlu 16 aprel 2022-ci il tarixdə idarə etdiyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta müqaviləsi ilə sığortalanmış, Cavabdeh1 oğluna məxsus «VAZ 2106» markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Quba şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən, paralel istiqamətdə hərəkətdən olan X1 idarə etdiyi «VAZ 21093» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə sonuncuya 625 manat məbləğində zərər dəymişdir (“AutoBox automobile services”in 16 aprel 2022-ci il tarixli qiymətləndirmə aktı). Daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərər dəymiş avtomobilin sahibi X2 PXA108363 saylı sığorta aktına əsasən 625 manat sığorta ödənişi edilmişdir (04 may 2022-ci il tarixli, 3527 №-li ödəniş tapşırığı). "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında ödədiyi 625 manat məbləğində sığorta ödənişini baş vermiş hadisədə təqsiri olan şəxs - Cavabdeh2 oğlundan geri tələb etmiş, lakin, sonuncu bu günə qədər həmin məbləği geri ödəməmişdir (19 aprel 2022-ci il tarixli və 29 aprel 2022-ci il tarixli geriyə tələb subroqasiya məktubları). Bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti məsələnin məhəmə qaydasında həll edilməsindən ötrü hazırki tələb ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.-ci maddəsinə əsasən sığortaçının aşağıdakı hüquqları vardır: - 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən, həmin məbləğ cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, iddia tələbinin əsaslı olması sübuta yetirildiyindən, təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 625 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 625 manat sığorta ödənişi məbləği və 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar