Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1919/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Kompüter, Lenovo çanta, Mouse Günius, və Mouse Pad üçün 1662.2 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Acer Kompüter üçün 1152.1 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG Led TV , Sonorous asqı üçün 840 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 600 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********13841 olan SAMSUNG GALAXY A40 markalı telefon üçün 566.7 manat ödənilməmiş borc və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80903 olan X2 8 Pro markalı telefon üçün 359 manat ödənilməmiş borc, ümumilikdə 5180 manat borc və 71.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Acer Kompüter, Lenovo çanta, Mouse Günius, və Mouse Pad, Acer Kompüter, LG Led TV və Sonorous asqı, Samsung Led TV, İMEİ kodu **********13841 olan SAMSUNG GALAXY A40 markalı telefon, İMEİ kodu **********80903 olan X2 8 Pro markalı telefon almış, nəticədə 5180 manat borcu yaranmışdır.Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1870.2 manat (18 ay x 103.9 manat + 0 manat ilkin ödəniş) olan Acer Kompüter, Lenovo çanta, Mouse Günius, və Mouse Pad üçün ümumilikdə 1662.2 manat olmaqla ondan 1662.2 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1220.4 manat (18 ay x 67.8 manat + 0 manat ilkin ödəniş) olan Acer Kompüter üçün ümumilikdə 1152.1 manat olmaqla ondan 1152.1 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1128 manat (12 ay x 94 manat + 0 manat ilkin ödəniş) olan LG Led TV və Sonorous asqı üçün ümumilikdə 840 manat olmaqla ondan 840 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 manat (18 ay x 50 manat + 0 manat ilkin ödəniş) olan Samsung Led TV üçün ümumilikdə 600 manat olmaqla ondan 600 manat ödənilməmiş hissə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 680 manat (18 ay x 37.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13841 olan SAMSUNG GALAXY A40 markalı telefon üçün ümumilikdə 566.7 manat olmaqla ondan 566.7 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 732 manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********13841 olan İMEİ kodu **********80903 olan X2 8 Pro markalı telefon üçün ümumilikdə 359 manat olmaqla ondan 359 manat ödənilməmiş borc yaranmışdır. yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1351 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə teleqram göndərərək məhkəmədə iştirak edə bilməyəcəklərini bildirərək, iddianı müdafiə edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrdən görünür ki, Cavabdeh Acer Kompüter, Lenovo çanta, Mouse Günius, və Mouse Pad, Acer Kompüter, LG Led TV və Sonorous asqı, Samsung Led TV, İMEİ kodu **********13841 olan SAMSUNG GALAXY A40 markalı telefon, İMEİ kodu **********80903 olan X2 8 Pro markalı telefon almış, nəticədə 5180 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar cəmi 71.80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən borcun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 71.80 manat dövlət rüsumu cavabdehdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Kompüter, Lenovo çanta, Mouse Günius, və Mouse Pad üçün 1662.2 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Acer Kompüter üçün 1152.1 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG Led TV , Sonorous asqı üçün 840 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 600 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********13841 olan SAMSUNG GALAXY A40 markalı telefon üçün 566.7 manat ödənilməmiş borc və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80903 olan X2 8 Pro markalı telefon üçün 359 manat ödənilməmiş borc, ümumilikdə 5180 manat borc və 71.80 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Acer Kompüter, Lenovo çanta, Mouse Genius və Mouse Pad üçün 1662.2 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Acer Kompüter üçün 1152.1 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən LG Led TV , Sonorous asqı üçün 840 manat ödənilməmiş borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 600 manat ödənilməmiş borc, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********13841 olan SAMSUNG GALAXY A40 markalı telefon üçün 566.7 manat ödənilməmiş borc və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********80903 olan X2 8 Pro markalı telefon üçün 359 manat ödənilməmiş borc, ümumilikdə 5180 manat borc pul və 71.80 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-1919/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1919/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver