Məhkəmə qərarları › İş №e-2(067)-1939/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1939/2025

06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1939/2025 06.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən X2 adına verilmiş 10 sentyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum X1 miras qalmış Xaçmaz rayon Köhnə Xaçmaz kəndində yerləşən Xaçmaz rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş 0.06 ha torpaq sahəsinə münasibətdə vəsiyyət və qanun üzrə vərəsəlik hüququnun tanınması, mirasın tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf göstərmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mübahisə məhkəmədənkənar öz aralarında həll olunub. Cavabdeh mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsini iddiaçıya bağışlamışdır. Buna görə də iddiadan imtina edilməsini və işin icraatına xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdeh tərəf göstərnişdir ki, cavabdeh Nüsrəddin Seyidəliyev iddiaçı ilə öz aralarında əldə edilmiş razılığa əsasən mübahisəli torpaq sahəsinin 0,03 ha hissəsini bağışlama müqaviləsi bağlamaqla iddiaçıya bağışlamışdır. Cavabdeh, iddiaçı ilə aralarında bağlanmış bağışlama müqaviləsini heç vaxt mübahisələndirməyəcəkdir. Bu barədə cavabdehin ərizəsini məhkəməyə təqdim edir. Eyni zamanda iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddiadan imtina ərizəsinə etiraz etmirlər, iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, tərəflərin hüquq və mənafeyini pozmur. Bununla əlaqədar iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə hazırlıq icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının və mirasdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar