Məhkəmə qərarları › İş №e-2(067)-2116/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2116/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2116/2025 21.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşıalqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinəkiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, alıcı satıcıdan SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTİ, CASİO LTP QOL SAATİ, RELAKS TRANSFORMER JURNAL MASA, ARİZONA YUMSAQ KUNC BURSAdivan, İmkod **********94927 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti almış və nəticədə 3504.42 (üç min beş yüz dörd manat, 42 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1400.68 (min dörd yüz manat, 68 qəpik) manat (18 ay x 77.26 manat + 10 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTüİçün 1019.19 (min on doqquz manat, 19 qəpik) manat olmaqla ondan, 926.54 (doqquz yüz iyirmi altı manat, 54 qəpik) manat ödənilməmiş hissə, 92.65 (doxsan iki manat, 65 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 109.05 (yüz doqquz manat, 05 qəpik) manat (15 ay x 7.27 manat + 0 manat ilkin ödəniş) olan CASİO LTP QOL SAATüİ çün 103.96 (yüz üç manat, 96 qəpik) manat olmaqla ondan 94.51 (doxsan dörd manat, 51 qəpik) manat ödənilməmiş hissə, 9.45 (doqquz manat, 45 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 419.76 (dörd yüz on doqquz manat, 76 qəpik) manat (24 ay x 17.49 manat + 0 manat ilkin ödəniş) olan RELAKS TRANSFORMER JURNAL MAüSçAün 423.26 (dörd yüz iyirmi üç manat, 26 qəpik) manat olmaqla ondan 384.78 (üç yüz səksən dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, 38.48 (otuz səkkiz manat, 48 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1218.96 (min iki yüz on səkkiz manat, 96 qəpik) manat (24 ay x 50.79 manat + 0 manat ilkin ödəniş) olan ARİZONA YUMSAQ KUNC BURSAdivaünçün 1229.12 (min iki yüz iyirmi doqquz manat, 12 qəpik) manat olmaqla ondan 1117.38 (min yüz on yeddi manat, 38 qəpik) manat ödənilməmiş hissə, 111.74 (yüz on bir manat, 74 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 504 (beş yüz dörd) manat (18 ay x 28 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94927 SAMSUNG GALAXYA15 markalı telefon, SAMSUNG CHARGER üçün 491.74 (dörd yüz doxsan bir manat, 74 qəpik) manat olmaqla ondan 447.04 (dörd yüz qırx yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, 44.70 (qırx dörd manat, 70 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 228.64 (iki yüz iyirmi səkkiz manat, 64 qəpik) manat (18 ay x 11.98 manat + 13 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA2 il xidmüəçtüi n 237.15 (iki yüz otuz yeddi manat, 15 qəpik) manat olmaqla ondan 215.59 (iki yüz on beş manat, 59 qəpik) manat ödənilməmiş hissə, 21.56 (iyirmi bir manat, 56 qəpik) manat cərimə pulu; Cavabdehin cəmi ödədiyi məbləğ 695.25 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavəolunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmişəşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görəödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İş materiallarından müəyyən olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024ci il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, alıcı satıcıdan SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTİ, CASİO LTP QOL SAATİ, RELAKS TRANSFORMER JURNAL MASA, ARİZONA YUMSAQ KUNC BURSAdivan, İmkod **********94927 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti almış və nəticədə 3504.42 (üç min beş yüz dörd manat, 42 qəpik) manat borc yaranmışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2025- ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ABC Telecom MMC-nin 12 may 2025-ci il il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh 5.04.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTİ ÜÇÜN 926.54 (doqquz yüz iyirmi altı manat, 54 qəpik) manat ödənilməmiş hissə, 92.65 (doxsan iki manat, 65 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, CASİO LTP QOL SAATİ üçün 94.51 (doxsan dörd manat, 51 qəpik) manat ödənilməmiş hissə, 9.45 (doqquz manat, 45 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, RELAKS TRANSFORMER JURNAL MASASİ üçün 384.78 (üç yüz səksən dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, 38.48 (otuz səkkiz manat, 48 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ARİZONA YUMSAQ KUNC BURSAdivaünçün 1117.38 (min yüz on yeddi manat, 38 qəpik) manat ödənilməmiş hissə, 111.74 (yüz on bir manat, 74 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********94927 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER üçün 447.04 (dörd yüz qırx yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, 44.70 (qırx dörd manat, 70 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 215.59 (iki yüz on beş manat, 59 qəpik) manat ödənilməmiş hissə, 21.56 (iyirmi bir manat, 56 qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 3504.42 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəməbaxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiyindən Cavabdeh "xxxx" MMC-nə 5.04.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTİ ÜÇÜN 926.54 (doqquz yüz iyirmi altı manat, 54 qəpik) manat ödənilməmiş hissə, 92.65 (doxsan iki manat, 65 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, CASİO LTP QOL SAATİ üçün 94.51 (doxsan dörd manat, 51 qəpik) manat ödənilməmiş hissə, 9.45 (doqquz manat, 45 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, RELAKS TRANSFORMER JURNAL MASASİ üçün 384.78 (üç yüz səksən dörd manat, 78 qəpik) manat ödənilməmiş hissə, 38.48 (otuz səkkiz manat, 48 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ARİZONA YUMSAQ KUNC BURSAdivaünçün 1117.38 (min yüz on yeddi manat, 38 qəpik) manat ödənilməmiş hissə, 111.74 (yüz on bir manat, 74 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********94927 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER üçün 447.04 (dörd yüz qırx yeddi manat, 04 qəpik) manat ödənilməmiş hissə, 44.70 (qırx dörd manat, 70 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 215.59 (iki yüz on beş manat, 59 qəpik) manat ödənilməmiş hissə, 21.56 (iyirmi bir manat, 56 qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 3504.42 manat borcu yaranmışdır Ona görə məhkəmə iddiaçının əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 5.04.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTİ ÜÇÜN 926.54 manat ödənilməmiş hissə, 45 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, CASİO LTP QOL SAATİ üçün 94.51 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, RELAKS TRANSFORMER JURNAL MASASİ üçün 384.78 manat ödənilməmiş hissə, 19 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ARİZONA YUMSAQ KUNC BURSA divan üçün 1117.38 manat ödənilməmiş hissə, 55 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********94927 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER üçün 447.04 manat ödənilməmiş hissə, 22 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 215.59 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 5.04.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN, FEN ÜTÜ PHİLİPS, ZƏMANƏT + 3 İL XİDMƏTİ ÜÇÜN 926.54 manat ödənilməmiş hissə, 45 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, CASİO LTP QOL SAATİ üçün 94.51 manat ödənilməmiş hissə, 4 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, RELAKS TRANSFORMER JURNAL MASASİ üçün 384.78 manat ödənilməmiş hissə, 19 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, ARİZONA YUMSAQ KUNC BURSA divan üçün 1117.38 manat ödənilməmiş hissə, 55 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********94927 SAMSUNG GALAXY A15 markalı telefon, SAMSUNG CHARGER üçün 447.04 manat ödənilməmiş hissə, 22 manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, TOZSORAN SAMSUNG, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün 215.59 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu borcu və 53 manat ödənilmiş dövlət rüsumu ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətindəXaçmaz Rayon Məhkəməsi vasitəsilə(“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiyaşikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrəçıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar