Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2596/2023 18.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı cavabdehlər Kazımova (Cavadova) Saray Şıxmurad qızına və Muradova (Cavadova) Xalidə Şahmurad qızına qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payının müəyyən olunması tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdim İddiaçı cavabdehlər Kazımova (Cavadova) Saray Şıxmurad qızına və Muradova (Cavadova) Xalidə Şahmurad qızına qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini araşdıraraq müəyyən etdim ki, cavabdehlərdən Kazımova (Cavadova) X1 şəhəri T.İsmayılov küçəsi ev 3, mənzil 3 ünvanında, Muradova (Cavadova) Xalidə Şahmurad qızı isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3.-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım İddiaçı cavabdehlər Kazımova (Cavadova) Saray Şıxmurad qızına və Muradova (Cavadova) Xalidə Şahmurad qızına qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payının müəyyən olunması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-2596/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2596/2023
18.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver