Məhkəmə qərarları › İş №e-2(067)-2736/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2736/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2736/2023 03.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AFN TRADE» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh alqı-satqı müqaviləsi üzrə yaranmış borc pulun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. İddia ərizəsi qanunla müəyyən edilmiş qaydada cavabdehə göndərilmiş və cavabdehin atası X1 məhkəməyə ərizə ilə müraciət edərək, oğlu Cavabdeh 22 iyul 2022-ci il tarixdə ölməsini bildirmişdir. Ərizəyə əlavə olunmuş ölüm şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “asfiksiya” səbəbindən ölmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı ölmüş şəxsə qarşı verildiyi üçün, yəni iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə uyğun olmadığından, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 167, 254, 263-264, 319-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı AFN TRADE» MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar