Məhkəmə qərarları › İş №e-2(067)-2911/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2911/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2911/2023 22.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı MMC-nin Cavabdeh Mövlud oğluna qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat üzrə mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə pul tələb etmişdir. İş üzrə cavabdeh şəxsə məhkəmə bildirişi göndərilsə də, cavabdeh iddia ərizəsinə dair heç bir münasibət bildirməmişdir. İddiaçı MMC işin baxılmamış saxlanılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən işin baxılmamış saxlanılması barədə ərizə təqdim olunduğu və o, ərizənin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı MMC-nin iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar