Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-295/2025 03.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********44168 XİAOMİ REDMİ 12 markalı telefon üçün 425.06 manat ödənilməmiş hissə, 42.94 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********03620 XİAOMİ REDMİ 12 markalı telefon üçün 297.16 manat ödənilməmiş hissə, 29.84 manat cərimə, ümumilikdə 795 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********44168 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********03620 XİAOMİ REDMİ 12 markalı telefon almış və nəticədə 795 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 721.16 manat (12 ay x 59.83 manat + 3.2 manat ilkin ödəniş) olan İmei kod **********44168 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə 468 manat olmaqla ondan, 425.06 manat ödənilməmiş hissə, güzəşt olunaraq 42.94 manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 621.18 manat (18 ay x 34.51 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03620 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə 327 manat olmaqla ondan, 297.16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 29.84 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 620.12 manat təşkil edir. İddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə teleqram göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan ABC Telecom” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 19601307 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, alqı-satqı qiyməti 721.16 manat olan XİAOMİ REDMİ 12 markalı telefon alıcıya satılmışdır. İş materiallarında olan ABC Telecom” MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 14023394 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, alqı-satqı qiyməti 621.18 manat olan XİAOMİ REDMİ 12 markalı telefon alıcıya satılmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli 19601307 nömrəli müqaviləyə əsasən 425.06 manat ödənilməmiş hissə, 42.94 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 14023394 nömrəli müqaviləyə əsasən 297.16 manat ödənilməmiş hissə, 29.84 manat cərimə borcu vardır. İş materiallarında olan bildirişdən müəyyən olunur ki, cavabdehə üzərinə düşən öhdəliyi ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh etiraz ərizəsindən görünür ki, xx.xx.2023cü il, xx.xx.2023-cü tarixli müqaviləsinə əsasən ABC Telekom MMC-dən XİOMİ Redmi 12 markalı telefon və XİOMİ Redmi 12 markalı telefon alımışdır. Yuxarıda göstərilən müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 12 aylıq kredit müddətdindən cəmi 6 ay müqaviləyə aid olan ödəniş cədvəlində göstərilən aylıq 60 manat cədvələ uyğun ödəmişdir. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən müqaviləyə aid olan ödəniş cədvəlində göstərilən aylıq ödənişin 34.5 manat səkkiz ay hər ay gecikmə olmadan ödəniş etmişdir. Lakin 2024-cü il tarixdə böyrəklərində yaranan ağrılarına görə əməliyyata düşmüş və sağ böyrəyini cərrahiyyə yolu ilə götürülmüşdür. Necə aylardır yataq xəstəsi idi, heç bir işlə məşqul ola bilməmişdir deyə ödənişləri gecikməyə düşmüşdür. xx.xx.2023cü il, xx.xx.2023-cü tarixli müqavilələrə əsasən XİOMİ Redmi 12 markalı telefona və XİOMİ Redmi 12 markalı telefona görə məhkəməyə verilən iddiada artıq faizlər və ödəmədiklərinə görə cərimələr yazılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, ailəlidir və dörd övladı var, iki oğlu Vətən Müharibəsinin iştirakçısıdır, böyük oğlu Kəlbəcər rayonunun Murov Dağ silsiləsində qulluq edib və müharibədə fəal iştirak edib. İkinci oğlu Ağçabədi-Ağdam istiqamətində müharibədə iştirak edib. Özü keçmiş zabitdir, baş leytenant rütbəsi ilə bölük komandiri işləmişdir, lakin xəstəliyilə bağlı tərxis olmuşdur. Dəfələrlə ona iddiaçı ABC Telekom MMC-nin nümayəndələri zəng edib pulu ödəməyini xahiş edəndə demişdir ki, dolanışığı olduğca ağırdır. Xahiş etmişdir ki, bir müddət gözləsinlər özünə gəlsin və sonra ödənişlərini davam edəcək. Lakin iddiaçı ABC Telekom MMC ona vaxt vermədən məhkəməyə müraciət etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən olan faiz borcunu və cəriməni, xx.xx.2023-cü tarixli müqaviləsinə əsasən faiz borcunu və cərimənin silinməsinə və aylıq 10 manat hissə-hissə ödəməyimlə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqdagecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 19601307 nömrəli müqaviləyə əsasən 425.06 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli 14023394 nömrəli müqaviləyə əsasən 297.16 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-295/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-295/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver