Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-31/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, üçüncü şəxs Cavabdeh4, Cavabdeh5 nümayəndəsi, həmçinin üçüncü şəxs Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı miras əmlaka vərəsəlik hüquqununun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasına baxılır, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 olmaqla miras əmlaka vərəsəlik hüquqununun tanınması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 01 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarışın ləğv edilməsi; miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 29 iyul 2021-ci il tarixli, reyestrdə 967 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-049A KOD 30210068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,10 ha torpaq sahəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10, X10 ölümündən sonra isə onun, yəni İddiaçı vərəsəlik hüququmun tanınanaraq payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə Xaçmaz rayonu, Qarabağı kəndində anadan olmuşdur. 10 noyabr 1986-cı il tarixdə X14 ilə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Miras qoyan X11 onun qayınanası olmuşdur. Anaxamın Ağayeva 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Qayınanası vəfat etdikdən sonra əri Yaqub Ağayev anasından miras qalmış əmlakları faktiki qəbul edərək idarə etmişdir. Bunun ən bariz sübutu Yaqub Ağayevə və ona məxsus olan əmlakların hələ də, Anaxanım Ağayevadan miras qalmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində qalmasıdır. Məhz iş üzrə cavabdeh olan Anaxanım Ağayevanın digər oğlu Cavabdeh2 onun oğlu Süleyman Ağayevə qarşı məhkəmədə iddia qaldıraraq guya ona miras qalmış əmlakdan onlara məxsus əmlakın çıxarılmasını tələb etmişdir. Bununla bağlı Xaçmaz Rayon Məhkəməsinin 2(067) 626/2022 saylı, xx.xx.2022-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2123/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minməmiş qətnamələri vardır. Hal-hazırda Süleyman Ağayev qeyd edilən qətnamədən kasssasiya şikayəti vermişdir. X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra ondan miras qalmış əmlakı o qəbul etmiş və adına 13 avqust 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, X3 vərəsələrindən olan Cavabdeh2 onun mərhum əri Yaqub Ağayevin də miras əmlakı faktiki qəbul etdiyini gizlədərək Anaxanım Ağayevadan miras qalmış əmlaklarla bağlı 01 noyabr 2018-ci il tarixdə və 29 iyul 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə tam hissədə pay almışdır. Qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən notariat ofisi tərəfindən miras paylar düzgün bölünməmişdir. Çünki vərəsələrin sırasına mirası faktiki qəbul edib idarə edən şəxs kimi onun mərhum X8nun vərəsəsi kimi onun adı daxil edilməmişdir. Xaçmaz rayonu, İlxıçı kəndində yaşayan hər kəs bilir ki, mərhum əri Yaqub Ağayev, onun vəfatından sonra isə o digər ailə üzvləri ilə birlikdə qayınanasından miras qalmış 0,16 torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedib gəlmiş, ona və mərhum əri Yaqub Ağayevə məxsus əmlaklar hal-hazırda da qeyd edilən fərdi yaşayış evində qalmaqda davam edir və qayınanasından qalmış mirası mərhum əri Yaqub Ağayev, ərindən qalmış mirası isə o faktiki qəbul etmişdir. Mirasdan pay hüququ olan vərəsələrin sırasında onun da adı olmalı və paylar müəyyən edilərkən o də nəzərə alınmalı idi. Əlavə olaraq bildirir ki, mərhum qayınanasına məxsus torpaq sahəsində tikilən və qayınanası Anaxanım Ağayevanın adına rəsmiləşdirilən fərdi yaşayış evini mərhum əri Yaqub Ağayev tikmişdir. Göründüyü kimi cavabdeh tərəfindən miras əmlak qəbul edilərkən miras qoyanın vərəsəsi olmuş Yaqub Ağayevin mirası faktiki qəbul edərək vəfat etməsi və onun vəfatından sonra mirası qəbul etmiş vərəsə kimi onun hüquqları ümumiyyətlə nəzərə alınmamışdır. Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamələr alarkən vərəsələrin dairəsini gizlətmişdir. Onun və mərhum əri Yaqub Ağayevin hal-hazırda da mübahisə predmeti olan fərdi yaşayış evində əmlaklarının olmasına baxmayaraq onları vərəsə kimi qeyd etməmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin olmaması o demək deyildir ki, mərhum əri Yaqub Ağayev mirası qəbul etməmişdir. Miras əmlakın hansı üsula qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Vərəsəlik üzrə pozulmuş hüquqlarımı başqa qaydada bərpa edə bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, iş üzrə Cavabdeh2 miras qoyan Anaxanım Ağayevanın vərəsələrinin sırasını gizlətdiyi, Xaçmaz rayon 1 saylı notariat kontorunun xüsusi notariusu isə vərəsələrin dairəsinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparmadan vərəsəlik şəhadənamələri verməklə onun vərəsəliklə bağlı hüquqlarını pozmuşdur. Daha sonra isə Cavabdeh2 qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Xaçmaz rayonu, X22 kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22 noyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarış və Xaçmaz rayonu, X22 kəndində fərdi yaşayış evinə dair hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarışlar almışdır. Qeyd edilən çıxarışlar hal-hazırda mübahisələndirdiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verildiyi üçün həmin şəhadətnamələrlə birlikdə çıxarışlar da ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs həmçinin digər üçüncü şəxslər olan Cavabdeh4, Cavabdeh5 nümayəndəsi Cavabdeh6 iddianı qəbul edərək miras əmlakdan payların müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 da iddianı qəbul edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh2, Xaçmaz rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, üçüncü şəxs və digər üçüncü şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verimiş 05 noyabr 2020-ci il tarixli arayışından görünür ki, X12 ilə X11 22 mart 1959-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Mülki işə əlavə olunmuş 05 noyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 125530 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 16 avqust 1975-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 23 oktyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 646671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı 01 fevral 2004-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş 23 sentyabr 2020-ci il tarixli, AZ-İİ seriyalı, 116080 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 mart 2008-ci il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 noyabr 2020-ci il tarixli, 549 nömrəli arayışından görünür ki, X14 04 noyabr 2014-cü il tarixdə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dari JN-0004 KOD 30210068 saylı Dövlət Aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə Xaçmaz rayonu İlxıçı kəndindən 0,59 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 01 noyabr 2018-ci il tarixli Xaçmaz rayon Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 məxsus JN-0004 KOD 30210068 nömrəli dövlət aktı əsasənda Xaçmaz rayonu İlxıçı kəndində yerləşən 0,59 ha torpaq sahəsindən ibarət miras əmlakdan 1/1 hissədə pay Cavabdeh2 verilmişdir. Mülki işə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56- 10301 reyestr nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu X22 kəndində 0,16 ha torpaq sahəsi və üzərində yerləşən 138,9 kv.m torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş 01 noyabr 2018-ci il tarixli Xaçmaz rayon Notariat Ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu X22 kəndində 0,16 ha torpaq sahəsindən ibarət miras əmlakdan və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarışa əsasən Xaçmaz rayonu X22 kəndində yerləşən ümumi sahəsi 138,9 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakdan Cavabdeh2 1/1 hissədə tam pay almışdır. Mülki işə əlavə edilmiş JN-049A KOD 30210068 saylı Şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə X5 Xaçmaz rayonu İlxıçı kəndindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş 23 fevral 2023-cü il tarixli sorğudan görünür ki, Torpağa Mülkiyyət Hüququna dari JN-0004 KOD 30210068 saylı Dövlət Aktı və 01 noyabr 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarış verilmişdir. Mülki işə əlavə edilmiş 23 fevral 2023-cü il tarixli sorğudan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli Çıxarış və 29 iyul 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarış verilmişdir. Mülki işə əlavə edilmiş 14 mart 2024-cü il tarixli sorğudan görünür ki, Əzizova (Ağayeva) Həqiqət Süleyman qızının xx.xx.1975-ci il tarixdə Firəngiz, xx.xx.1977-ci il tarixdə Ruhəngiz, xx.xx.1981-ci il tarixdə Mirzağa, xx.xx.1983-cü il tarixdə Fuad adlı uşaqları doğulmuşdur. Mülki işə əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2024-cü il tarixli, 184 nömrəli arayışdan müəyyən olunur ki, X11 28 mart 2008-ci il tarixədək Xaçmaz rayonunun İlxıçı kəndində yaşamış və orada 28 mart 2008-ci il tarixdə vəfat etmişdir. Anaxanım Ağayevanın vərəsələri- övladları X14, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı və Cavabdeh4 olmuşlar. Mülki işə əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,mərhum X2 miras qalmış Xaçmaz rayonunun İlxıçı kəndi ərazisində yerləşən, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın iddiaçı Cavabdeh2 tərəfindən qəbul edildiyinin müəyyən edilməsi qət edilmişdir. Mülki işə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən maraqlı şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(067) 992/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh5 qarşı Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X2 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi üzrə işin icraatına işə məhkəmədə baxılmalı olmadığından xitam verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 aprel 2024-cü il tarixli 2(105)-187/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə iddiaçının, onun nümayəndəsinin izahatı və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 01 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 29 iyul 2021-ci il tarixli, reyestrdə 967 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-992/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ləğv edildiyindən, Apellyasiya Məhkəməsinin qərardadı Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2125/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanıldığından, məhkəmə qətnaməsi əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamə əsasında verilmiş çıxarışlar ləğv edilməlidir. Həmçinin hazırkı işə baxılması zamanı qüvvəyə minmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qeyd edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-187/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “işin araşdırılmış hallarına əsasən müəyyən edilir ki, vərəsələr miras əmlakından qanunla müəyyən edilmiş müddətdə imtina barədə notarial qaydada ərizə vermədiklərindən hər birinin pay hüququ tanınmalıdır və buna görə iddiaçı tərəfindən Xaçmaz rayonunun İlxıçı kəndində yerləşən mərhum anası X2 miras qalmış, JN-049B seriyalı, 30210068 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,16 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə iddia ərizəsi məhkəmə baxılmalı olmadığından icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bu cür tələb isə mirasın qəbul edilməsi müddəti ilə əlaqədar mübahisə yaradırdı. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir.Bununla əlaqədar hazırki mübahisə üzrə işə məhkəmə qaydasında baxılmalı olması aradan qalxmışdır. Buna görə hər bir qanun üzrə birinci növbə vərəsə miras əmlakda payının vərəsələrin sayına münasibətdə müəyyən edilməsi üçün müvafiq notariat orqanına müraciət edə bilər.” Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış bütün miras əmlaklardan vərəsələri- övladları X14, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Ağayeva (Əzizova) Həqiqət Süleyman qızı və Cavabdeh4 hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə üçüncü şəxslər Cavabdeh6 və Cavabdeh5 mirasdan imtina barədə ərizələrə münasibətdə qeyd edir ki, imtina məcburi paydan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilmədiyi üçün qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat vəsiyyət edə bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Məhkəmə hesab edir ki, 28 mart 2008-ci il tarixdə vəfat etmiş X3 vərəsələrindən X14 xx.xx.2014-cü il tarixdə vəfat etdiyindən, ondan qalmış miras əmlakı Xaçmaz rayon notariat ofisi tərəfindən verilmiş 13 avqust 2015-ci il tarixli, 2V-529 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəsi İddiaçı qəbul etdiyindən, X2 qalmış miras əmlakdan X13 düşən hissəsini tam payla İddiaçı aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2004-cü ildə vəfat etmiş digər vərəsə Əzizova (Ağayeva) Həqiqət Süleyman qızının Firəngiz, Ruhəngiz, Mirzağa və Fuad adlı vərəsələri olsa da, Fuad, Firəngiz və Ruhəngiz adlı vərəsələr 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakdan vərəsəsi Əzizova (Ağayeva) Həqiqət Süleyman qızına düşən hissəsini qəbul etdiklərini nümayiş etdirdiklərindən, 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlakdan Əzizova (Ağayeva) Həqiqət Süleyman qızına düşən 1/6 hissəsinə Ağayeva (Əzizova) Firəngiz Zakir qızının, Cavabdeh9, Ömərova (Əzizova) Ruhəngiz Zakir qızının payı məüyyən edilməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməli, miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 01 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarış ləğv edilməli, miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 29 iyul 2021-ci il tarixli, reyestrdə 967 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarış ləğv edilməli, miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-049A KOD 30210068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,10 ha torpaq sahəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10, X10 ölümündən sonra isə onun, yəni İddiaçı vərəsəlik hüququmun tanınanaraq 1/6 hissədə payı müəyyən olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN- 0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 01 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilsin; onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91 reyestr nömrəli çıxarış ləğv edilsin; miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 adına verilmiş 29 iyul 2021-ci il tarixli, reyestrdə 967 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin; onun əsasında Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********56-10301 reyestr nömrəli çıxarışın ləğv edilsin; miras qoyan 28 mart 2008-ci il tarixdə vəfat etmiş X2 qalmış miras əmlak olan JN-0004 KOD 30210068 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, JN-049A KOD 30210068 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Xaçmaz rayonu, İlxıçı kəndində 0,10 ha torpaq sahəsinə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********56 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, X22 kəndində 0,16 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 138,90 kv.m olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10, X10 ölümündən sonra isə onun, yəni İddiaçı vərəsəlik hüququmun tanınanaraq 1/6 hissədə payı müəyyən olunsun. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-31/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-31/2025
04.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver