Məhkəmə qərarları › İş №e-2(067)-3116/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3116/2024

05.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3116/2024 05.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoruna, DƏDRX X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh3 qarşı mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi və Çıxarışın ləğv edilməsi və mirsdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoruna, DƏDKR X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh3 qarşı mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi və Çıxarışın ləğv edilməsi və mirsdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf göstərmişdir ki, yazılı iddia ərizəsində iddiaçılar kimi İddiaçı, X2, X1 və X3 qeyd etsə də, elektron ərizədə iddiaçı kimi yalnız İddiaçı qeyd etmişdir. Ona görə ki, yalnız İddiaçı onunla vəkil kimi müqavilə bağlamışdır. Digər iddiaçılar isə İddiaçı onları təmsil etmək üçün etibarnamələr vermişlər. O da iddia ərizəsini İddiaçı nümayəndəsi kimi imzalamışdır. Məhkəmə tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iş üzrə faktiki olaraq bir neçə nəfər iddiaçı olsa da, elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsini yalnız bir nəfər iddiaçının nümayəndəsi imzalamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini baxılmamış saxlanmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontoruna, DƏDRX X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh3 qarşı mirasdan məcburi paydan imtinanın etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsi və Çıxarışın ləğv edilməsi və mirsdan məcburi payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, yenidən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar