Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3250/2025 13.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı İB-nın nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmaqla ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirşi göndərilsə də, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, iddiaçının işin baxılmamış saxlanılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehin iddianın baxılmamış saxlanılmasına etirazı olmadığını nəzərə alaraq, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla mülki iş üzrə ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İşdə olan xx.xx.2025-ci il tarixli ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə görə bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı İB-nin ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı İB tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İB-yə (Hesab nömrəsi/Account number (İBAN) AZ69İBAZ********************, Hesab valyutası /Account currency AZN, VÖEN/TİN **********, Benefisiar bank /Beneficiary bank ABB, XAÇMAZ FİLİALİ, SWİFT/BİC İBAZAZ2X, Müxbir hesab / Correspondent account AZ03NABZO**********000002944, Bankın kodu /Bank code 805528, Bankın VÖEN-i /Bank TİN **********) qaytarılsın. Qərardadın surəti dövlət rüsumunun qaytarılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X2 İdarəsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №e-2(067)-3250/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3250/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver