Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3347/2023 04.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı İddiaçı X3 tərəfindən qanunla müəyyən edilmiş müddətin üzürsüz səbəbdən keçirilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 Cavabdeh qarşı qanunla müəyyən edilmiş müddətin üzürsüz səbəbdən keçirilməsinə diar ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı qanunla müəyyən edilmiş müddətin üzürsüz səbəbdən keçirilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 Cavabdeh qarşı “dair iddianın mirasın qəbul edilməsi üçün qanunla müəyyən edimiş 3 və 6 aylıq müddətinin üzrsüz səbəbdən 17 il ərzində keçirildiyinə görə iddia müddətinin keçirilmiş olmasının tətbiq edilməsi barədə hazırki ərizəsini nəzərə alıb iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, qeyd olunan iş ilə bağlı xx.xx.2023-cü il tarixində məhkəmənin icraatına müddətin keçirilməsinə dair ərizə daxil olmuşdur. Xaçmaz rayon Məhkəməsinin digər hakiminin icraatında iddiaçı X1 Cavabdeh qarşı mirasın qəbul edilmə faktına dair mülki iş vardır. Ərizəçi qeyd olunan ərizə ilə bağlı həmin tələbə mahiyyətə üzrə baxan hakimə müraciət etməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu Məcəllənin 153.3-cü maddəsinə əsasən Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə hesab edir ki, AR MPM-nin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı X1 Cavabdeh qarşı qanunla müəyyən edilmiş müddətin üzürsüz səbəbdən keçirilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-3347/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3347/2023
04.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver