Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3517/2025 13.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd SAMSUNG TV, 2 ədəd LOGİTECH RACİNG WHEEL, 2 ədəd ZƏMANƏT + 1 İL xidməti üçün 2218.86 (iki min iki yüz on səkkiz manat, 86 qəpik) manat ödənilməmiş hissə, 221.89 (iki yüz iyirmi bir manat, 89 qəpik) manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 2 İL xidməti üçün, 2106 (iki min yüz altı manat) manat ödənilməmiş hissə, 210.60 (iki yüz on manat, 60 qəpik)manat dəbbə; xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, 6 ədəd PS5 DUALSENSE, 2 ədəd LOGİTECH RACİNG WHEEL üçün 1847.88 (min səkkiz yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, 184.79 (yüz səksən dörd manat, 79 qəpik) manat dəbbə, ümumilikdə 6790.01 manat borc, 87.91 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, 2 ədəd SAMSUNG TV, 2 ədəd LOGİTECH RACİNG WHEEL, 2 ədəd ZƏMANƏT + 1 İL xidməti, APPLE MACBOOK AİR 13,ZƏMANƏT + 2 İL xidməti, 6 ədəd PS5 DUALSENSE, 2 ədəd LOGİTECH RACİNG WHEElL almış və nəticədə 6790.01 (altı min yeddi yüz doxsan manat, 1 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3258.86 (üç min iki yüz əlli səkkiz manat, 86 qəpik) manat (18 ay x 123.27 manat + 1040 manat ilkin ödəniş) olan 2 ədəd SAMSUNG TV, 2 ədəd LOGİTECH RACİNG WHEEL, 2 ədəd ZƏMANƏT + 1 İL xidməti üçün ümumilikdə, 2440.75 (iki min dörd yüz qırx manat, 75 qəpik) manat olmaqla ondan, 2218.86 (iki min iki yüz on səkkiz manat, 86 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 221.89 (iki yüz iyirmi bir manat, 89 qəpik) manat dəbbə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3106 (üç min yüz altı manat) manat (18 ay x 117 manat + 1000 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 2 İL xidməti üçün ümumilikdə, 2316.60 (iki min üç yüz on altı manat, 60 qəpik) olmaqla ondan, 2106 (iki min yüz altı manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 210.60 (iki yüz on manat, 60 qəpik) manat dəbbə; xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2459.88 (iki min dörd yüz əlli doqquz manat, 88 qəpik) manat (18 ay x 102.66 manat + 612 manat ilkin ödəniş) olan 6 ədəd PS5 DUALSENSE, 2 ədəd LOGİTECH RACİNG WHEEL üçün ümumilikdə, 2032.67 (iki min otuz iki manat, 67 qəpik) manat olmaqla ondan, 1847.88 (min səkkiz yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 184.79 (yüz səksən dörd manat, 79 qəpik) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2652 manat təşkil edir. İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən müəyyən olunur ki, cavabdeh 2 ədəd SAMSUNG TV, 2 ədəd LOGİTECH RACİNG WHEEL, 2 ədəd ZƏMANƏT + 1 İL xidməti, APPLE MACBOOK AİR 13,ZƏMANƏT + 2 İL xidməti, 6 ədəd PS5 DUALSENSE, 2 ədəd LOGİTECH RACİNG WHEEL almışdır. - Xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə müraciət olunmasına baxmayaraq o, aldığı malın dəyərinin ödənilməsi üçün tədbir görməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmişdir. Ona görə də, iddia ödənilməmiş borcun tələb olunması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilədən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə cərimənin cavabdehdən tutulması hissədə də iddia təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 87.91 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2 ədəd SAMSUNG TV, 2 ədəd LOGİTECH RACİNG WHEEL, 2 ədəd ZƏMANƏT + 1 İL xidməti üçün 2218.86 (iki min iki yüz on səkkiz manat, 86 qəpik) manat ödənilməmiş hissə, 221.89 (iki yüz iyirmi bir manat, 89 qəpik) manat dəbbə. xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13, ZƏMANƏT + 2 İL xidməti üçün, 2106 (iki min yüz altı manat) manat ödənilməmiş hissə, 210.60 (iki yüz on manat, 60 qəpik)manat dəbbə; xx.xx.2025 -ci il tarixli müqaviləyə əsasən, 6 ədəd PS5 DUALSENSE, 2 ədəd LOGİTECH RACİNG WHEEL üçün 1847.88(min səkkiz yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissə, 184.79 (yüz səksən dörd manat, 79 qəpik) manat dəbbə Ümumilikdə 6790.01 manat borc, 87.91 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 2218.86 (iki min iki yüz on səkkiz manat, 86 qəpik) manat ödənilməmiş hissədə əsas, 221.89 (iki yüz iyirmi bir manat, 89 qəpik) manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən 2106 (iki min yüz altı manat) manat ödənilməmiş hissədə əsas, 210.60 (iki yüz on manat, 60 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1847.88 (min səkkiz yüz qırx yeddi manat, 88 qəpik) manat ödənilməmiş hissədə əsas, 184.79 (yüz səksən dörd manat, 79 qəpik) manat dəbbə, ümumilikdə 6790.01 manat borc, 87.91 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №e-2(067)-3517/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3517/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver