Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3615/2025 08.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı alq-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ üçün 102,94 manat ödənilməmiş hissə, 10,29 manat cərimə, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ üçün 264,78 manat ödənilməmiş hissə, 26,48 manat cərimə və xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 448,05 manat ödənilməmiş hissə, 44,81 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, ümumilikdə 920,95 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ, İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ, İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ almış və nəticədə 920,95 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 510,8 manat (12 ay x 38,4 manat + 50 manat ilkin ödəniş) olan İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ üçün ümumilikdə, 113,23 manat olmaqla ondan, 102,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,29 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 550,4 manat (12 ay x 44,2 manat + 20 manat ilkin ödəniş) olan İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ üçün ümumilikdə, 291,26 manat olmaqla ondan, 264,78 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26,48 cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 531,96 manat (12 ay x 44,33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün ümumilikdə, 516,46 manat olmaqla ondan, 448,05 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44,81 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat miqdarında rüsum miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 777,39 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Göstərilənlər nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ üçün 102,94 manat ödənilməmiş hissə, 10,29 manat cərimə, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET XİDMƏTİ üçün 264,78 manat ödənilməmiş hissə, 26,48 manat cərimə və xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 448,05 manat ödənilməmiş hissə, 44,81 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, ümumilikdə 920,95 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunur. İş materiallarında olan xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, qeyd olunan müqavilələrə əsasən Cavabdeh İddiaçı MMC-dən İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, İMEİ KODU **********27846 olan olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ və İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ və ZƏMANƏT + 2 İL XİDMƏTİ almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə müqavilələr üzrə borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı MMC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 17 oktyabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 448,05 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 44,81 manat cərimə, İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ üçün 264,78 manat ödənilməmiş hissə, 26,48 manat cərimə, İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ üçün 102,94 manat ödənilməmiş hissə, 10,29 manat cərimə borcu olmaqla ümumilikdə borcu 920,95 manat manat təşkil edir. İş materiallarında olan 17 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, İnnovativ Layihələr Mərkəzinə iddiaçı tərəfindən 23.6 manat rüsum pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci və 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə tərəflər arasındakı münasibətlərə alqı-satqı və nisyə alqı-satqı müqaviləsinə dair hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının tətbiq edilməli olduğunu hesab edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixli müqavilə üzrə 102,94 manat əsas borca 10,29 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 264,78 manat əsas borca 26,48 manat məbləğində və xx.xx.2024-cü il tarixli digər müqavilə üzrə 448,05 manat əsas borca 44,81 manat məbləğində dəbbə pulu (cərimələr) hesablaması mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə 102,94 manat əsas borca hesablanmış 10,29 manat məbləğində cərimənin məbləğini azaldaraq 3 manat məbləğində, 448,05 manat əsas borca hesablanmış 44,81 manat məbləğində cərimənin məbləğini azaldaraq 10 manat məbləğində 264,78 manat əsas borca hesablanmış 26,48 manat məbləğində cərimənin məbləğini azaldaraq 5 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan iddiaçı tərəfindən tələb edilən əsas və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən iddia tələbi qismən təmin edilməklə, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ üçün 102,94 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ üçün 264,78 manat ödənilməmiş hissə, 5 manat cərimə və xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 448,05 manat ödənilməmiş hissə, 10 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, ümumilikdə 857,37 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********42439 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ üçün 102,94 manat (bir yüz iki manat doxsan dörd qəpik) ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2024-cü tarixli müqaviləyə əsasən İMEİ KODU **********27846 olan XİAOMİ REDMİ 13 markalı telefon, PAKET L XİDMƏTİ üçün 264,78 manat (iki yüz altmış dörd manat yetmiş səkkiz qəpik) ödənilməmiş hissə, 5 (beş) manat cərimə və xx.xx.2024-cü tarixli müqaviləyə əsasən, İMEİ KODU **********16783 olan SAMSUNG GALAXY A15 markalı telefon, PAKET L XİDMƏTİ, ZƏMANƏT + 2 İL XİDMƏTİ üçün 448,05 manat (dörd yüz qırx səkkiz manat beş qəpik) ödənilməmiş hissə, 10 (on) manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat (iyirmi üz manat altmış qəpik) rüsum, ümumilikdə 857,37 manat (səkkiz yüz əlli yeddi manat otuz yeddi qəpik) pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №e-2(067)-3615/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3615/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver