Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-429/2024 06.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi mümkün olmadığı təqdirdə qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi mümkün olmadığı təqdirdə qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 48 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı əqdin etibarlı sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən yaşayış evindən cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinə məxsus 1/5 hissədə paylarının mərhum atası X1 tərəfindən satın alınmasına dair əqdin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin geri qaytarılmasına dair məhkəməyə ərizə göndərərək tərəflər arasında məhkəmədən kənar razılaşmağa doğru danışıqların getdiyini nəzərə almaqla mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair məhkəməyə ərizə gödərərək ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı əqdin etibarlı sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyinə görə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddianın baxılmamış saxlanılmasına dair məhkəməyə müraciət etdiklərinə görə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, MPM-nin 259.0.11-ci maddəsinə əsasən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi mümkün olmadığı təqdirdə qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı ünvan 2 ünvanında yerləşən yaşayış evindən 1/5 hissədə payların etibarlı sayılması barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin bölünməsi mümkün olmadığı təqdirdə qiymətləndirilərək hərracda satılması və satışdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı ünvan 2 ünvanında yerləşən yaşayış evindən 1/5 hissədə payların etibarlı sayılması barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. HAKİM: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №e-2(067)-429/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-429/2024
06.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver