Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-113/2025 08.07.2025 XIZI RAYON MƏHKƏMƏSİ X22 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixində Sumqayıt “ASAN Xidmət” mərkəzinin Notariat Ofisi tərəfindən X1 qızına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, X1 qızı tərəfindən oğlu - Baxşiyev Şükür Tarel oğluna Xızı rayon DNK-nun təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə-8 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında xx.xx.2023-cü il tarixində verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın ilkin vəziyyətə gətirilməsi və qanuni vərəsələr arasında payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə məhkəmə hazırlıq iclasında X12, X15, X13, X8, X9, X2, X5, X7, X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş və mülki işin məhkəmə baxışı 08 iyul 2025-ci il tarixinə təyin olunmuşdur. İddiaçı 07 iyul 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini geri götürdüyünü qeyd etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyi və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “vərəsəlik şəhadətnaməsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X24
Məhkəmə qərarları › İş №e-2(068)-113/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-113/2025
08.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver