Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-147/2022 31.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Nəbiyev Vüsal Nəcəfqulu oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, 22059802 nömrəli müqavilə üzrə stul – Venetsiya üçün 271 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2020-ci il tarixli, 22059496 nömrəli müqavilə üzrə imei kodu **********99880 olan “Samsung GalaxyA21s” markalı telefon, Samsung qulaqcıq üçün 133,6 manat ödənilməmiş hissə, 13,4 manat cərimə; xx.xx.2021-ci il tarixli, 22313983 nömrəli müqavilə üzrə imei kodu **********58429 olan “XİAOMİ REDMİ 9” markalı telefon üçün 92,3 manat ödənilməmiş hissə, 3,7 manat cərimə; xx.xx.2021-ci il tarixli, 22297385 nömrəli müqavilə üzrə blender Braun, toster Braun üçün 277,6 manat ödənilməmiş hissə, 27,4 manat cərimə borcu olmaqla, ümumilikdə 846 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22059802 nömrəli, xx.xx.2020-ci il tarixli, 22059496 nömrəli, xx.xx.2021-ci il tarixli, 22313983 nömrəli və xx.xx.2021-ci il tarixli, 22297385 nömrəli müqavilələrə əsasən, Stul – Venetsiya, İmei kodu **********99880 olan Samsung GalaxyA21s markalı telefon, Samsung qulaqcıq, İmei kodu **********58429 olan “XİAOMİ REDMİ 9” markalı telefon, Blender Braun, Toster Braun almış və nəticədə 846 manat borc yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozaraq alqı-satqı qiyməti 486 manat olan Stul – Venetsiya üçün 298 manat, alqı-satqı qiyməti 538,8 manat olan İmei kodu **********99880 “Samsung GalaxyA21s“ markalı telefon, Samsung qulaqcıq üçün 147 manat, alqı-satqı qiyməti 427,4 manat olan İmei kodu **********58429 “XİAOMİ REDMİ 9” markalı telefon üçün 96 manat, alqı-satqı qiyməti 440,6 manat olan Blender Braun, Toster Braun üçün 305 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1118.3 manat təşkil edir. Bu müqavilələrə əlavə olunmuş ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 28 iyul 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinin surətinə əsasən cavabdeh xx.xx.1982-ci il tarixində ünvan 1ində anadan olmuş, hazırda Xızı rayonu, Ağdərə kəndi ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22059802 nömrəli; xx.xx.2020-ci il tarixli, 22059496 nömrəli; xx.xx.2021-ci il tarixli, 22313983 nömrəli və xx.xx.2021-ci il tarixli, 22297385 nömrəli müqavilələr əsasən, iddiaçı cavabdehə Stul – Venetsiya, İmei kodu **********99880 olan Samsung GalaxyA21s markalı telefon, Samsung qulaqcıq, İmei kodu **********58429 olan “XİAOMİ REDMİ 9” markalı telefon, Blender Braun, Toster Braun satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan əşyaların təhvil-təslim aktlarına əsasən cavabdeh Stul – Venetsiya, İmei kodu **********99880 olan Samsung GalaxyA21s markalı telefon, Samsung qulaqcıq, İmei kodu **********58429 olan “XİAOMİ REDMİ 9” markalı telefon, Blender Braun, Toster Braun markalı əşyaları iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22059802 nömrəli müqavilənin ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 27 manat, xx.xx.2020-ci il tarixli, 22059496 nömrəli müqavilənin ödəniş cədvəlinə əsasən 12 ay müddətinə hər ay 44,9 manat, xx.xx.2021-ci il tarixli, 22313983 nömrəli müqavilənin ödəniş cədvəlinə əsasən 12 ay müddətinə 31,7 manat və xx.xx.2021-ci il tarixli, 22297385 nömrəli müqavilənin ödəniş cədvəlinə əsasən isə 12 ay müddətinə 36,3 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin ümumilkdə 774,5 manat ödənilməmiş hissə və 71,5 manat cərimə borcu olmaqla, cəmi 846 manat borcu qalmışdır. İşdən görünür ki, xx.xx.2022-ci il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyaların tam dəyərini və gecikdirilmiş günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzlərinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 774,5 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (45,65.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcimində müştəri mübahisəsiz penya ödəyir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 774,5 manat əsas borc məbləğinə 71,5 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-458,4 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli, 22059802 nömrəli; xx.xx.2020-ci il tarixli, 22059496 nömrəli; xx.xx.2021-ci il tarixli, 22313983 nömrəli və xx.xx.2021-ci il tarixli, 22297385 nömrəli müqavilələr üzrə 774,5 manat əsas borc, 71,5 manat cərimə olmaqla, cəmi 846 (səkkiz yüz qırx altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(068)-147/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-147/2022
31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver