Məhkəmə qərarları › İş №e-2(068)-153/2022

Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-153/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-153/2022 11.08.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi İddiaçı daşınmaz əmlakın alqı-satqısı faktının müəyyən olunması (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim : Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs kimi göstərməklə) onunla X2 arasında Xızı rayonu, Türkoba kəndində yerləşən 5 yaşayış otaqlı, yaşayış sahəsi 75,3 kv.metr, köməkçi sahəsi 37,2 kv.metr olan 47 nömrəli evə dair 2002-ci il tarixdə bağlanmış alqı-satqı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, verilmiş tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun deyildir. Göründüyü kimi ərizəçinin iş üzrə iddia tələbi onunla X2 arasında Xızı rayonu, Türkoba kəndində yerləşən 5 yaşayış otaqlı, yaşayış sahəsi 75,3 kv.metr, köməkçi sahəsi 37,2 kv.metr olan 47 nömrəli evə dair 2002-ci il tarixdə bağlanmış alqı-satqı faktının müəyyən edilməsi ilə bağlıdır. Hazırki ərizəyə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, ərizəçi kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Ərizəçiyə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 284-4 və 263- 264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi İddiaçı daşınmaz əmlakın alqı-satqısı faktının müəyyən olunması (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) barədə ərizənin qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar