Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-182/2024 12.06.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********21618 olan “Honor X6” markalı telefon üçün üçün 363,92 manat ödənilməmiş hissə, 36,08 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Panasonic” markalı mikrodalğalı soba üçün 116,10 manat ödənilməmiş hissə, 11,9 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********18624 olan “Samsung Galaxy A01 Core” markalı telefon və “Razor” markalı elektrik skuter üçün 104,96 manat ödənilməmiş hissə, 10,04 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Beurer” markalı tonometr cihazı üçün 68 manat ödənilməmiş hissə, 6 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********54846 olan “Nokia 6310” markalı telefon üçün 33 manat ödənilməmiş hissə, 3 manat cərimə və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Realme Watch S” markalı qol saatı üçün 32,35 manat ödənilməmiş hissə, 3,65 manat cərimə pulu olmaqla, ümumilikdə 789 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 457,92 manat dəyərində İmei kodu **********21618 olan “Honor X6” markalı telefon, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 305,10 manat dəyərində “Panasonic” markalı mikrodalğalı soba, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 286,92 manat dəyərində İmei kodu **********18624 olan “Samsung Galaxy A01 Core” markalı telefon və “Razor” markalı elektrik skuter, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 180 manat dəyərində “Beurer” markalı tonometr cihazı, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 171 manat dəyərində İmei kodu **********54846 olan “Nokia 6310” markalı telefon və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 215 manat dəyərində “Realme Watch” markalı qol saatı almış və nəticədə cəmi 718,33 manat əsas borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində İmei kodu **********18624 “Samsung Galaxy A01 Core” markalı telefondan imtina etmiş və məhsul 99,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 82 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 99,96 manat təşkil edir. Belə ki, cavabdeh hazıradək ümumilikdə 897,61 manat ödəniş etmişdir. Bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində cavabdeh mübahisəsiz olaraq dəbbə (penya) ödəyir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il taixli və xx.xx.2022-ci il tarixli müqavilələrə və ödəniş cədvəllərinə əsasən iddiaçı cavabdehə İmei kodu **********21618 olan “Honor X6” markalı telefon üçün, “Panasonic” markalı mikrodalğalı soba, İMEİ kodu **********18624 olan “Samsung Galaxy A01 Care” markalı telefon və “Razor” markalı elektrik skuter, “Beurer” markalı tonomter cihazı, İmei kodu **********54846 olan “Nokia 6310” markalı telefon və “Realme Watch S” markalı qol saatı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əşyaların təhviltəslim aktlarına əsasən cavabdeh İmei kodu **********21618 olan “Honor X6” markalı telefon üçün, “Panasonic” markalı mikrodalğalı soba, İMEİ kodu **********18624 olan “Samsung Galaxy A01 Care” markalı telefon və “Razor” markalı elektrik skuter, “Beurer” markalı tonometr cihazı, İmei kodu **********54846 olan “Nokia 6310” markalı telefon və “Realme Watch S” markalı qol saatını iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 25,44 manat, xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 16,95 manat, xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 130,17 manat, xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 10 manat, xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən 12 ay müddətində hər ay 14,25 manat və xx.xx.2022-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 16,65 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 07 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 457,92 manat manat dəyərində İmei kodu **********21618 olan “Honor X6” markalı telefon, alqı-satqı qiyməti 305,10 manat olan “Panasonic” markalı mikrodalğalı soba, alqı-satqı qiyməti 286,92 manat olan İmei kodu **********18624 olan “Samsung Galaxy A01 Core” markalı telefon və “Razor” markalı elektrik skuter, alqı-satqı qiyməti 180 manat olan “Beurer” markalı tanomter cihazı, alqı-satqı qiyməti 171 manat olan İmei kodu **********54846 olan “Nokia 6310” markalı telefon və alqı-satqı qiyməti 215 manat olan “Realme Watch S” markal qol saatı üçün hazırda ümumi olaraq 718,33 manat ödənilməmiş hissə, 70,67 manat cərimə pulu olmaqla, cəmi 789 manat borcu qalmışdır. İşdən göründüyü kimi xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini və əşyanın tam dəyərini və gecikdirilmiş günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa müddət ərzində ödənilməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzlərinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 37,27-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 718,33 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (437.2). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərinin 2-ci bəndlərinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcimində müştəri mübahisəsiz penya ödəyir. Məhkəmə hesab edir ki, 718,33 manat əsas borc məbləğinə 70,67 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə 718,33 manat əsas borc, 70,67 manat cərimə olmaqla, cəmi 789 (yeddi yüz səksən doqquz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-182/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-182/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver