Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-251/2024 02.09.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə BL652602 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 842 manat borcun, BL652582 saylı, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən 229 manat borcun və BL652229 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 840 manat borcun, cəmi 1911 manat məbləğində borcun və ödənilmiş 39,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında BL652602 saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə, hər ayın 4-dən gec olmamaqla 83 manat ödəməyi, BL652582 saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış Nisyəsatış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 03 ay müddətinə hər ayın 4-dən gec olmamaqla, 177 manat ödəməyi və BL652229 saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə, hər ayın 3-dən gec olmamaqla 140 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdehin iddiaçıya cəmi 1911 manat məbləğində borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 25 iyul 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan tərəflər arasında bağlanmış BL652602 saylı, xx.xx.2021-ci il tarixli, BL652582 saylı, xx.xx.2021-ci il tarixli və BL652229 saylı, xx.xx.2021-ci il tarixli müqavilələrə, eyni zamanda ödəniş cədvəllərinə əsasən iddiaçı cavabdehə “W/Machine Samsung WW90T554CAX/LP” markalı paltaryuyan, VİPZ aksesuar, “Yuvarlak tabak 33 sm Qilanar (2 ədəd), Oval kasa 31 sm Ottoman, Yuvarlak boşqab (6-lı), 21 sm Ottoman, Oval kasa 22 sm Ottoman, Yuvarlak kasa 33 sm D-0370, Yuvarlak tabak 33 sm Ottoman, Oval kasa 39 sm Ottoman, Yuvarlak kasa 21 sm D-0370, Yuvarlak kasa 40 sm D-0370 Azzure markalı şüşə məhsulları, “Philips HPS910/10 PRO 2100W İonic Philips markalı fen. “LG ON7 Darellk” markalı musiqi dəsti, Philips FC9732/01 markal tozsoran, “W/Machine RSPG 623 KD UA Hotpoint” markalı aristonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəliklər götürmüşdür. İş materiallarında olan 04 dekabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən BL652602 saylı nisyə satış müqaviləsi üzrə cavabdeh 18 ay müddətində 83 manat, sonuncu ay isə 81 manat, 03 dekabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən BL652229 saylı nisyə satış müqaviləsi üzrə 18 ay müddətində, hər ay 140 manat, sonuncu ay isə 139 manat və 04 dekabr 2021-ci il tarixli ödəniş cədvəlinə əsasən BL652582 saylı nisyə satış müqaviləsi üzrə 03 ay müddətində, hər ay 177 manat, sonuncu ay isə 175 manat iddiaçıya ödəməlidir. İş materiallarında olan 15 iyul 2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin alqı-satqı qiyməti 1492 manat manat dəyərində “W/Machine Samsung WW90T554CAX/LP” markalı paltaryuyan, VİPZ aksesuar, alqı-satqı qiyməti 529 manat olan “Yuvarlak tabak 33 sm Qilanar (2 ədəd), Oval kasa 31 sm Ottoman, Yuvarlak boşqab (6-lı),21 sm Ottoman, Oval kasa 22 sm Ottoman, Yuvarlak kasa 33 sm D-0370, Yuvarlak tabak 33 sm Ottoman, Oval kasa 39 sm Ottoman, Yuvarlak kasa 21 sm D-0370, Yuvarlak kasa 40 sm D-0370 Azzure markal şüşə məhsulları, “Philips HPS910/10 PRO 2100 W İonic Philips markalı fen eləcə də alqı-satqı qiyməti 2519 manat olan “LG ON7 Darellk” markalı musiqi dəsti, Philips FC9732/01 markal tozsoran, “W/Machine RSPG 623 KD UA Hotpoint” markalı ariston üçün hazırda ümumi olaraq 1911 manat borcu qalmışdır. İşdən göründüyü kimi hər üç müqavilə üzrə 01 fevral 2024-cü il tarixində iddiaçı cavabdehə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi barədə bildiriş göndərmişdir. İş materiallarında olan mədaxil qəbzlərinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 39,55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (437.2). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). İşdən göründüyü kimi tərəflərin arasında alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya cəmi 1911 manat borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 39,55 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh BL652602 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 842 manat borc, BL652582 saylı xx.xx.2021-ci il tarixli müqavilə üzrə 229 manat borc və BL652229 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 840 manat borc, cəmi 1911 (min doqquz yüz on bir) manat məbləğində borc və 39,55 (otuz doqquz manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-251/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-251/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver