Məhkəmə qərarları › İş №e-2(069)-18/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-18/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-18/2024 24.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli-261614 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli-261612 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcunun və ödənilmiş 30,57 manat məbləğində dövlət rüsumunun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(069)-248/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli-261614 saylı alqı satqı müqaviləsinə əsasən dəyəri 250 manat olan, 9 ay müddətinə, ilkin ödəniş 10 manat olmaqla, 3 ay müddətinə 30 manat, 6 ay müddətinə 25 manat ödəmək şərtiylə Ətçəkən almış və xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş etmişdir. Alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC-yə 180 manat əsas, 348,5 manat cərimə borcu yaranmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli-261612 saylı alqı satqı müqaviləsi üzrə dəyəri 250 manat olan, 9 ay müddətinə, ilkin ödəniş 10 manat olmaqla, 3 ay müddətinə 30 manat, 6 ay müddətinə 25 manat ödəmək şərtiylə Tozsoran almış və xx.xx.2021-ci il tarixdə 30 manat ödəniş etmişdir. Alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC-yə 180 manat əsas, 348,5 manat cərimə borcu yaranmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minumum 0,5 manat) gündəlik dəbbə pulu hesablanaraq alıcı tərəfindən İddiaçı MMC ödənilir. Ona görə də, Cavabdeh xx.xx.2021-ci il tarixli-261614 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli-261612 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcunun və ödənilmiş 30,57 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261614 saylı alqı-satqı müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 9 ay müddətinə, dəyəri 250 manat olan 1 ədəd Ətçəkən almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 261612 saylı alqı-satqı müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 9 ay müddətinə, dəyəri 250 manat olan 1 ədəd Tozsoran almışdır. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 1.057 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 30,97 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1980-cı ildə Ağdam rayonunun Rzalar kəndində doğulmuş və Xocavənd rayonunun, Xocavənd Ə/D, Xocavənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, tələb olunan məbləğ üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli-261614 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcu; xx.xx.2021-ci il tarixli-261612 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcunun və ödənilmiş 30,57 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli-261614 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli-261612 saylı müqavilə üzrə 180 manat əsas borc, 348,5 manat cərimə borcunun və ödənilmiş 30,57 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar