Məhkəmə qərarları › İş №e-2(069)-218/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-218/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-218/2023 06.12.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı “İcbari Sığorta Bürosu” X9 məhkəmədə iddia qaldıraraq, Cavabdeh 5.000 manat və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun “İcbari Sığorta Bürosu” X7 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X9 iddia tələbini onunla əsaslandırmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X2 adına sığortalanmış “Samand minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 30 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunarkən, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X13 vəfat etmişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkən X1 vurulan zərər (ölümə) görə 5.000 manat ödənilmişdir. Göründüyü kimi Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir). Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Suraxanı rayon DYPŞ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayış və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(010)-81/2020 nömrəli hökmündən məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən “Samand minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə olmadan (etibarnaməsiz) idarə olunmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı subroqasiya hüququ yaranır. “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə LPO ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Ona görə də, Cavabdeh 5.000 manat və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun “İcbari Sığorta Bürosu” X7 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X7 nümayəndəsi Əziz Quliyev 06 dekabr 2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddia tələbləri üzrə icraatda olan e-2(069)-218/2023 nömrəli mülki işlə bağlı xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş iclasa onların iştirakı olmadan baxılmasını, aidiyyatı iş üzrə iddialırını müdafiə etdiklərini nəzərə alaraq, iddia ərizəsində nəzərdə tutulan məbləğdə ödənişin cavabdehdən tutularaq “İcbari Sığorta Bürosu” HŞİ-nın bank hesabına köçürülməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri bərədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 1(010)-81/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanın çəkilməsi Cavabdeh məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. İş materiallarında olan 470349№ X4 görünür ki, X15 16 oktyabr 1994-cu ildə Bakı şəhəri, Xətai rayonunda doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, XVİİİ-ЖГ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. X6, anası X5r. İş materiallarında olan AA1690623 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 (fərdi identifikasiya nömrəsi 61JVYZE) xx.xx.1994-cü ildə doğulmuşdur. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzinin Qeydiyyat Şöbəsinin 18 yanvar 2020-ci il tarixli, AZ-İİ № 061253 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 30 dekabr 2019-cu il tarixdə kəllə tağının sınığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 01 ayının 18-ci günündə 150 № ilə qeyd edilmişdir. İş materiallarında olan olan 4 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X8 vərəsəsi oğlu X12r. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 21, mənzil 16 (AA1690623 xx/xx/2019 – ASAN 4 FİN) və o miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Standart İnsurance Sığorta Şirkəti tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, 752 nömrəli məktuba əsasən 5.000 AZN (beş min manat) Sığorta məbləğindən ibarətdir. İş materiallarında olan “İcbari Sığorta Bürosu” X9 xx.xx.2020-ci il tarixli, İC AA 3809/20 saylı sığorta aktının surətindən görünür ki, X3 məxsus “Samand minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında xx.xx.2019-cu il tarixdən – xx.xx.2020-ci il tarixədək 5.000 manat həddində LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan ölkə daxili 001XOH********** nömrəli kompensasiya ödənişinin surətindən görünür ki, “İcbari Sığorta Bürosu” X9 tərəfindən X11 AZ50RBTA******************** nömrəli hesaba 5.000 manat köçürülmüşdür. Elektron məhkəmə sistmində olan ********** nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, “İcbari Sığorta Bürosu” X9 tərəfindən Cavabdeh qarşı iddia qaldırılması üçün 70 manat dövlət rüsumu ödəmişdir. “İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. “İcbari Sığortalar haqqında” Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Samand Minik” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərək, yol nəqliyyat hadisəsi törətməsi, nəticədə X13 aldığı xəsarətdən vəfat etməsi, məhkəmənin hökmü ilə Cavabdeh təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X8 ölümünə görə «İcbari Sığorta Bürosu” X9 tərəfindən 5.000 manat məbləğində sığorta ödənişinin həyata keçirməsi iş materialları və işin digər halları ilə sübuta yetirildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh 5.000 manat sığorta ödənişi və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu İcbari Sığorta Bürosu” X7 xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 5.000 manat sığorta ödənişi və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu İcbari Sığorta Bürosu” X7 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar