Məhkəmə qərarları › İş №e-2(070)-135/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-135/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-135/2025 13.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********16439 İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidməti üçün 1212,3 manat ödənilməmiş hissə, 121,23 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********02426 SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidməti üçün 335,9 manat ödənilməmiş hissə, 33,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********22083 REALME C30S, PAKET M xidməti üçün 42,2 manat ödənilməmiş hissə, 4,22 manat cərimə olmaqla, ümumilikdə 1749,44 manat borc və 37,5 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ KOD **********16439 İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidməti, İmei kodu **********02426 SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidməti, İmei kodu **********22083 REALME C30S, PAKET M xidməti almış və nəticədə cavabdehin 1749,44 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1960,06 manat (yəni 18 ay x 86,67 manat + 400 manat ilkin ödəniş) olan İMEİ KOD **********16439 İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidməti üçün ümumilikdə 1333,53 manat olmaqla, ondan 1212,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121,23 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 819 manat (yəni 18 ay x 45.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********02426 SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidməti üçün ümumilikdə 369,49 manat olmaqla, ondan 335,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 219 manat (yəni 12 ay x 16,75 manat + 18 manat ilkin ödəniş) olan İmei kodu **********22083 REALME C30S, PAKET M xidməti üçün ümumilikdə 46,42 manat olmaqla, ondan 42,2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,22 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1407,66 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut dən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İMEİ KOD **********16439 İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidmətini 1960,06 manata nisyə almışdır; xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********02426 SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidmətini 819 manata nisyə almışdır; xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan **********22083 REALME C30S, PAKET M xidmətini 219 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ KOD **********16439 İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidməti üçün 1212,3 manat ödənilməmiş hissə, 121,23 manat cərimə, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İmei kodu **********02426 SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidməti üçün 335,9 manat ödənilməmiş hissə, 33,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********22083 REALME C30S, PAKET M xidməti üçün 42,2 manat ödənilməmiş hissə, 4,22 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 1749,44 manat borcu vardır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 37,5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 121,23 manat, 33,59 manat və 4,22 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 12 manat, 3 manat və 1 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İmei kodu **********16439 olan İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidməti üçün 1212,3 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********02426 olan SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidməti üçün 335,9 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********22083 olan REALME C30S, PAKET M xidməti üçün 42,2 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 1606,4 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 36,07 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********16439 olan İPHONE 13, APPLE ADAPTER, PAKET XXXL xidməti üçün 1212,3 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********02426 olan SAMSUNG GALAXY A24, PAKET XL xidməti, QİZİL ZƏNAMƏT ULTRA 2 il xidməti üçün 335,9 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********22083 olan REALME C30S, PAKET M xidməti üçün 42,2 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 1606,4 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 36,07 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar