Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-139/2025 13.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 287,6 manat ödənilməmiş hissə, 128,76 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti üçün 1172 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 117,2 manat cərimə, ümumilikdə 2729,16 manat borcun və 47,3 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti almış və nəticədə onun 2729,16 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1561,32 manat olan (yəni 18 ay x 86,74 manat + 0 manat ilkin ödəniş) TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün ümumilikdə 1416,36 manat olmaqla, ondan 1287,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 128,76 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 1560 manat olan (yəni 12 ay x 130 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti üçün ümumilikdə 1312,8 manat olmaqla, ondan 1172 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 117,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 661,72 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidmətini 1561,32 manata nisyə almışdır; xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefonu, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidmətini 1560 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 1287,6 manat ödənilməmiş hissə, 128,76 manat cərimə olmaqla, ümumilikdə 1416,36 manat xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti üçün 1172 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 117,2 manat cərimə olmaqla, ümumilikdə 1312,80 manat, cəmi 2 müqavilə üzrə 2729,16 manat borcu vardır; “Mygov” mobil tətbiqindən çıxarışdan görünür ki, **********04860 İMEİ nömrəli cıhazın istifadəsi "xxxx" MMC tərəfindən məhdudlaşdırılmışdır; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh nisyə alğısatqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat vəsait ödənilmişdir; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 47,3 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 128,76 manat və 117,2 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 12 manat və 11 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 1287,6 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti üçün 1172 manat ödənilməmiş hissə, 11 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi olmaqla, ümumilikdə iki müqavilə üzrə 2506,2 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 45,07 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TCL TAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün 1287,6 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04860 olan SAMSUNG GALAXY A55 markalı telefon, SAMSUNG CHARGER, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti üçün 1172 manat ödənilməmiş hissə, 11 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi olmaqla, ümumilikdə iki müqavilə üzrə 2506,2 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 45,07 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-139/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-139/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver