Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-185/2025 08.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********16127 HONOR X9B markalı telefon üçün 511,72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 51,17 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefon, SAMSUNG CHARGER, DEFUNC TRUE ANC qulaqlıq, PAKET L xidməti üçün 991,12 manat ödənilməmiş hissə, 99,11 manat cərimə, ümumilikdə 1676,72 manat borcun və 36,77 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh İmei kodu **********16127 HONOR X9B markalı telefon, İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefon, SAMSUNG CHARGER, DEFUNC TRUE ANC qulaqlıq, PAKET L xidməti almış və nəticədə onun 1676,72 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 768,96 manat olan (yəni 12 ay x 64,08 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********16127 HONOR X9B markalı telefon üçün ümumilikdə 586,49 manat olmaqla, ondan 511,72 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 51,17 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1110,12 manat olan (yəni 18 ay x 58,32 manat + 60 manat ilkin ödəniş) İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefon, SAMSUNG CHARGER, DEFUNC TRUE ANC qulaqlıq, PAKET L xidməti üçün ümumilikdə 1090,23 manat olmaqla, ondan 991,12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99,11 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 376,24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********16127 HONOR X9B markalı telefonu 768,99 manata nisyə almışdır; xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefonu, SAMSUNG CHARGER-i, DEFUNC TRUE ANC qulaqlığı, PAKET L xidmətini 1110,08 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********16127 HONOR X9B markalı telefon üçün 511,72 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 51,17 manat cərimə olmaqla, ümumilikdə 586,49 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefon, SAMSUNG CHARGER, DEFUNC TRUE ANC qulaqlıq, PAKET L xidməti üçün 991,12 manat ödənilməmiş hissə, 99,11 manat cərimə olmaqla, ümumilikdə 1090,23 manat, cəmi 2 müqavilə üzrə 1676,72 manat borcu vardır; “Mygov” mobil tətbiqindən çıxarışdan görünür ki, **********16127 İMEİ nömrəli cıhazın istifadəsi "xxxx" MMC tərəfindən məhdudlaşdırılmışdır; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh nisyə alğısatqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********16127 HONOR X9B markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat vəsait ödənilmişdir; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 36,77 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 51,17 manat və 99,11 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 5 manat və 9 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İmei kodu **********16127 HONOR X9B markalı telefon üçün 511,72 manat ödənilməmiş hissə, 5 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefon, SAMSUNG CHARGER, DEFUNC TRUE ANC qulaqlıq, PAKET L xidməti üçün 991,12 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, ümumilikdə 2 müqavilə üzrə 1540,44 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 35,41 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********16127 HONOR X9B markalı telefon üçün 511,72 manat ödənilməmiş hissə, 5 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********50262 SAMSUNG GALAXY A35 markalı telefon, SAMSUNG CHARGER, DEFUNC TRUE ANC qulaqlıq, PAKET L xidməti üçün 991,12 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, ümumilikdə 2 müqavilə üzrə 1540,44 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 35,41 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-185/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-185/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver