Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-187/2025 15.07.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1035 (bir min otuz beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 17:05 radələrində Ağdam rayonu, Hindarx-Quzanlı yolu ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz 190” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilmiş TP5317734 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktında göstərilmişdir ki,“VAZ 21063” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1035 (bir min otuz beş) manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən zərərçəkənə dəymiş zərərə görə 1035 (bir min otuz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: AD seriyalı, 704742 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 190 minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir; “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, Cavabdeh məxsus “Mercedes Benz 190 minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Müqavilə xx.xx.2022-ci il tarixdə qüvvəyə minir, xx.xx.2023-cü il tarixdə qüvvədən düşür; “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 190 minik” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 idarə etdiyi “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, “Mercedes” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü və 37-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu üçün Cavabdeh əməlində İXM-in 327.2 və 332.2-ci maddələrinin tərkibi olduğundan həmin şəxsin barəsində inzibati tənbeh tədbirinin görülməsi üçün qərarın surətinin Ağdam RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır; xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində “Mercedes Benz 190” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın "xxxx" ASC tərəfindən qarşılanmasına etiraz etmir; Cavabdeh Ağdam RPŞ-də verdiyi izahatdan görünür ki, onun ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır; PXA125656 nömrəli sığorta aktından görünür ki, “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləği 1035 manatdır; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3501 nömrəli qiymətləndirmə aktından görünür ki, “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məbləği 1035 manatdır; xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 1035 manat vəsait “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 ödənilmişdir; xx.xx.2025-ci il tarixli, **********31 nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən hazırki tələb üzrə 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 190” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmişdir. Eyni zamanda Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər 1035 manat dəyərində qiymətləndirilmiş, sığortaçı "xxxx" ASC nəqliyyat vasitəsinin sığorta müqaviləsinə uyğun olaraq qeyd olunan məbləği faydalanan şəxs X2 ödəmiş, nəticədə sığorta şirkətinin subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936-cı madəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1035 (min otuz beş) manat vəsait, həmçinin 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 217-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1035 (min otuz beş) manat vəsait, həmçinin 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-187/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-187/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver