Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-213/2025 06.08.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-сi il tarixli müqaviləyə əsasən XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO markalı telefon üçün 878.04 manat ödənilməmiş hissə, 87,8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefon üçün 388,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 38,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatı üçün 108,96 manat ödənilməmiş hissə, 10,9 manat cərimə, ümumilikdə 1536,98 manat borcun və 35,37 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-сi il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən cavabdeh XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatı almış və nəticədə onun 1536,98 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-сi il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 878,04 manat olan (yəni 18 ay x 48,78 manat + 0 manat ilkin ödəniş) XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO markalı telefon üçün ümumilikdə 965,84 manat olmaqla, ondan 878.04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 87,8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 405 manat olan (yəni 18 ay x 21,60 manat + 16,20 manat ilkin ödəniş) QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefon üçün ümumilikdə 451,28 manat olmaqla, ondan 388,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 38,88 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 108,96 manat olan (yəni 12 ay x 9,08 manat + 0 manat ilkin ödəniş) QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatı üçün ümumilikdə 119,86 manat olmaqla, ondan 108,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10,9 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 16,2 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-сi il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri müqavilənin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hallarda “ABC” malın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. Müştərinin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefonu 405,03 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatını 109 manata nisyə almışdır; xx.xx.2025-сi il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO markalı telefonu 878 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025сi il tarixli müqavilə üzrə XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO üçün 878.04 manat ödənilməmiş hissə, 87,80 manat cərimə olmaqla, ümumilikdə 965,84 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefon üçün 388,8 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 38,88 manat cərimə olmaqla, ümumilikdə 451,28 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatı üçün 108,96 manat ödənilməmiş hissə, 10,9 manat cərimə olmaqla, ümumilikdə 119,86 manat, cəmi 3 müqavilə üzrə 1536,98 manat borcu vardır; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh nisyə alğısatqı müqaviləsi əsasında satılmış İMEİ kodu **********84083 olan POCO C75 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat vəsait ödənilmişdir; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 35,37 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 87,8 manat, 38,88 manat və 10,9 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 8 manat, 3 manat və 1 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-сi il tarixli müqaviləyə əsasən XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO markalı telefon üçün 878.04 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefon üçün 388,8 manat ödənilməmiş hissə, 3 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatı üçün 108,96 manat ödənilməmiş hissə, 1 cərimə olmaqla, ümumilikdə 3 müqavilə üzrə 1411,4 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 34,11 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-сi il tarixli müqaviləyə əsasən XİAOMİ REDMİ WATCH 5 ACTİVE qol saatı, PAKET L xidməti, İMEİ KODU **********53889 XİAOMİ REDMİ NOTE 14 PRO markalı telefon üçün 878.04 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KODU **********84083 POCO C75 markalı telefon üçün 388,8 manat ödənilməmiş hissə, 3 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, KİESLECT CALLİNG WATCH KS MİNİ qol saatı üçün 108,96 manat ödənilməmiş hissə, 1 cərimə olmaqla, ümumilikdə 3 müqavilə üzrə 1411,4 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 34,11 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-213/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-213/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver