Məhkəmə qərarları › İş №e-2(070)-217/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-217/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-217/2024 23.07.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlıq üçün 333.23 manat ödənilməmiş hissə, 33.77 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MİKSER KENWOOD, DOĞRAYİCİ KENWOOD üçün 308.44 manat ödənilməmiş hissə, 30.56 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən TRİMMER PANASONİC üçün 104.15 manat ödənilməmiş hissə, 10.85 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən AİWA qulaqlıq üçün 35.08 manat ödənilməmiş hissə, 3.92 manat cərimə olmaqla, ümumilikdə 860 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən İmei kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlıq, MİKSER KENWOOD, DOĞRAYİCİ KENWOOD, TRİMMER PANASONİC, AİWA qulaqlıq almış və nəticədə cavabdehin 860 manat borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 903.06 manat (yəni 18 ay x 50.17 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlıq üçün ümumilikdə 367 manat olmaqla ondan 333.23 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.77 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 425.52 manat (yəni 18 ay x 22.04 manat + 28.8 manat ilkin ödəniş) olan MİKSER KENWOOD, DOĞRAYİCİ KENWOOD üçün ümumilikdə 339 manat olmaqla ondan 308.44 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.56 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 171 manat (yəni 18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) olan TRİMMER PANASONİC üçün ümumilikdə 115 manat olmaqla ondan 104.15 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.85 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 127.98 manat (yəni 18 ay x 7.11 manat + 0 manat ilkin ödəniş) olan AİWA qulaqlıq üçün ümumilikdə 39 manat olmaqla ondan 35.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.92 manat cərimə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində cavabdeh PAMU T10 qulaqlıqdan imtina etmiş və məhsul 106.92 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 462.91 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 106.92 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 276.83 manat təşkil edir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut dən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan İmei kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlığı 903.06 manata nisyə almışdır; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan KENWOOD markalı mikser və doğrayıcını 425.52 manata nisyə almışdır; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan PANASONİC markalı trimmeri 171 manata nisyə almışdır; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan AİWA markalı qulaqlığı 127.98 manata nisyə almışdır; xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlıq üçün 333.23 manat ödənilməmiş hissə, 33.77 manat cərimə olmaqla, ümumilikdə 367 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə KENWOOD markalı mikser və doğrayıcı üçün 308.44 manat ödənilməmiş hissə, 30.56 manat cərimə olmaqla, ümumilikdə 339 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə PANASONİC markalı trimmer üçün 104.15 manat ödənilməmiş hissə, 10.85 manat cərimə olmaqla, ümumilikdə 115 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə AİWA markalı qulaqlıq üçün 35.08 manat ödənilməmiş hissə, 3.92 manat cərimə olmaqla, ümumilikdə 39 manat borcu vardır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 33.77 manat, 30.56 manat, 10.85 manat və 3.92 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 3 manat, 3 manat, 1 manat və 1 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlıq üçün 333.23 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən KENWOOD markalı mikser və doğrayıcı üçün 308.44 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PANASONİC markalı trimmer üçün 104.15 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən AİWA markalı qulaqlıq üçün 35.08 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, ümumilikdə 788.9 manat vəsait, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********77221 XİAOMİ REDMİ NOTE 11 markalı telefon, PAMU T10 qulaqlıq üçün 333.23 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən KENWOOD markalı mikser və doğrayıcı üçün 308.44 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PANASONİC markalı trimmer üçün 104.15 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən AİWA markalı qulaqlıq üçün 35.08 manat ödənilməmiş hissə, 1 manat cərimə olmaqla, ümumilikdə 788.9 manat vəsait, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar