Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-256/2025 24.09.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********72383 SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER üçün 297,68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 29,77 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********32161 SAMSUNG GALAXY A05S, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün 206,17 manat ödənilməmiş hissə, 20,62 manat cərimə, ümumilikdə 577,84 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən cavabdeh İMEİ KODU **********72383 SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER, İMEİ KODU **********32161 SAMSUNG GALAXY A05S, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER almış və nəticədə cavabdehin 577,84 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 345,96 manat (yəni 12 ay x 28,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********72383 SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER üçün ümumilikdə 351,05 manat olmaqla, ondan 297,68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 29,77 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 620,1 manat (18 ay x 34,45 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********32161 SAMSUNG GALAXY A05S, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün ümumilikdə 226,79 manat olmaqla, ondan 206,17 manat ödənilməmiş hissə, güzəşt olunaraq 20,62 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 462,21 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İMEİ KODU **********72383 SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER-i 345,96 manata nisyə almışdır; xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan İMEİ KODU **********32161 SAMSUNG GALAXY A05S, PAKET XXXL xidmətini, QİZİL ZƏMANƏT ULTRA 3 il xidmətini, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER-i 620,1 manata nisyə almışdır; xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ KODU **********72383 SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER üçün 297,68 manat ödənilməmiş hissə, 23,6 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 29,77 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə İMEİ KODU **********32161 SAMSUNG GALAXY A05S, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün 206,17 manat ödənilməmiş hissə, 20,62 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 577,84 manat borcu vardır; “Mygov” mobil tətbiqindən çıxarışdan görünür ki, **********72383 İMEİ nömrəli cıhazın istifadəsi "xxxx" MMC tərəfindən məhdudlaşdırılmışdır; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh nisyə alğısatqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********72383 SAMSUNG GALAXY A06 markalı mobil telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23,6 manat vəsait ödənilmişdir; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 29,77 manat və 20,62 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 3 manat və 2 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********72383 olan SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER üçün 297,68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi, 3 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********32161 olan SAMSUNG GALAXY A05S, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün 206,17 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, ümumilikdə 532,45 manat vəsait, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********72383 olan SAMSUNG GALAXY A06, SAMSUNG CHARGER üçün 297,68 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsumun əvəzi, 3 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********32161 olan SAMSUNG GALAXY A05S, PAKET XXXL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti, 2 ədəd VİNİL ŞƏFFAF, SAMSUNG CHARGER üçün 206,17 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, ümumilikdə 532,45 manat vəsait, həmçinin 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-256/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-256/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver