Məhkəmə qərarları › İş №e-2(070)-274/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-274/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-274/2023 15.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hаkim X1 оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı borc tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Xocalı Rаyоn Məhkəməsinin inzibati binаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı İddiaçı cаvаbdеh Ceyhun Həsənova qаrşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 698 manat, cərimə üzrə 62 manat, cəmi 790 manat, xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 1114 manat, cərimə üzrə 116 manat, cəmi 1230 manat və xx.xx.2022-ci il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 746 manat, cərimə üzrə 74 manat, cəmi 820 manat, ümumilikdə 3 müqavilə üzrə 2810 manat ödənilməmiş borcun və ödənilmiş 48.10 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Samsung Led UE50AU8000UXRU markalı televizorun, xx.xx.2022-ci il tarixdə Apple Air 13MGN63RU/A GREY 8/256 GB markalı Macbokun və xx.xx.2022-ci il tarixdə Sony 5, 825gb Play Stationun nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqavilələri bağlanılmışdır. Həmin müqavilələrə əsasən o qeyd edilən malları cavabdehə nisyə satmağı cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun olmaqla “Malların” dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmir. Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilələr ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq müqavilələr üzə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 698 manat, cərimə üzrə 62 manat, cəmi 760 manat; xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 1114 manat, cərimə üzrə 116 manat, cəmi 1230 manat; xx.xx.2022-ci il tarixli müqavilədən əsas borc üzrə 746 manat, cərimə üzrə 74 manat, cəmi 820 manat; Ümumilikdə 3 müqavilə üzrə 2810 manat borcu vardır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdehla telefonla əlaqə saxlanılmış, o isə bildirmişdir ki, ərizədə göstərilən borcla razı olduğunu, lakin cərimə borclarının silinməsində ona köməklik edilməsini məhkəmədən xahiş etmişdir. 003270522 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Ceyhun Həsənov 12 ay müddətinə 1792 manat dəyərində Samsung Led UE50AU8000UXRU markalı televizor almışdır. 004220622 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Ceyhun Həsənov 12 ay müddətinə 2500.04 manat dəyərində Apple Air 13 MGN63RU/A GREY 8/256 GB markalı Macbokun almışdır. 006060822 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Ceyhun Həsənov 12 ay müddətinə 1480.04 manat dəyərində, PlayStationun Sony 5 825gb almışdır. 15 avqust 2023-cü il tarixli maliyyə arayışlardan görünür ki, ********* saylı xx.xx.2022ci il tarixli müqavilə üzrə 698 manat ödənilməmiş əsas borc, 62 manat cərimə, ********* saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1114 manat əsas borc, 116 manat cərimə, ********* saylı xx.xx.2022-ci il müqavilə üzrə 746 manat əsas borc, 74 manat cərimə borcu vardır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud sübutlarla cavabdehin fiziki şəxs Cavabdeh ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi və bunun nəticəsində tələbdə qeyd edilən borcun yaranması tam təsdiq olunur. Qeyd edilən müqavilə üzrə tələb hüququ fiziki şəxs İddiaçı tərəfindən cavabdehə güzəşt edilmişdir. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, yaranmış borc, cərimə habelə ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli ********* saylı “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 698 manat, cərimə üzrə 12 manat; xx.xx.2022-ci il tarixli ********* saylı “Nisyə alqısatqı” müqaviləsinə əsasən əsas borc üzrə 1114 manat, cərimə üzrə 16 manat və xx.xx.2022-ci il tarixli ********* saylı “Nisyə alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 746 manat, cərimə üzrə 14 manat, ümumilikdə 3 müqavilə üzrə 2810 manat ödənilməmiş borcun və 48.10 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2648 (iki min altı yüz qırx səkkiz) manat 10 (on) qəpik Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar