Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № e-2(070)-278/2023 03.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X1 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ZETA-YUMŞAQ-KUNC DİVAN üçün 103.86 manat ödənilməmiş hissə, 10.14 manat cərimə pulu, ümumilikdə 114 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Lakin iddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə məhkəməyə ərizə göndərərək, borclunun müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyi üçün işi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə 103.86 manat ödənilməmiş hissə, 10.14 manat cərimə pulu, ümumilikdə 114 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №e-2(070)-278/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №e-2(070)-278/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver