Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-43/2025 18.02.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 584,9 manat əsas, 87,7 manat cərimə olmaqla, cəmi 672,6 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 407,5 manat əsas, 61,1 manat cərimə olmaqla, cəmi 468,6 manat borc, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 77,7 manat əsas, 11,6 manat cərimə olmaqla, cəmi 89,3 manat borc, ümumilikdə üç müqavilə üzrə 1070,1 manat əsas, 160,4 manat cərimə, cəmi 1230,5 manat borcun və 32,3 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “Honor” markalı mobil telefon, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla, cəmi 659,9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefon, aksesuarlar, qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 611,5 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefon, aksesuar, akumulyatora görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 497,7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 38 manat son ödəniş etmiş, qalıq qalmış 584,9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 34 manat son ödəniş etmiş, qalıq qalmış 407,5 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 42 manat son ödəniş etmiş, qalıq qalmış 77,7 manat borcları qaytarmamışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 877 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 611 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 116 manat təşkil edir. Cavabdehin müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimələrin məbləğinin miqdarı 877 manat, 611 manat və 116 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimələrin məbləğinin 90%-i tərəflərindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimələrin məbləğinin 10%-i, yəni müvafiq olaraq 87,7 manat, 61,1 manat və 11,6 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixədək İddiaçı MMC-yə olan borcları xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 584,9 manat əsas, 87,7 manat cərimə, cəmi 672,6 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 407,5 manat əsas, 61,1 manat cərimə, cəmi 468,6 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 77,7 manat əsas, 11,6 manat cərimə, cəmi 89,3 manat təşkil etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla (sonuncu ay 30,98 manat) cəmi 659,98 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla (sonuncu ay 33,56 manat) cəmi 611,56 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı əşyaya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla (sonuncu ay 35,77 manat) cəmi 497,77 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 584,9 manat əsas borcu, 877 manat cərimə borcu, cəmi 1461,9 manat borcu vardır; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 407,5 manat əsas borcu, 611 manat cərimə borcu, cəmi 1018,5 manat borcu vardır; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 77,7 manat əsas borcu, 116 manat cərimə borcu, cəmi 193,7 manat borcu vardır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 32,3 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, ********* nömrəli, xx.xx.2023-cü il tarixli, ********* nömrəli və xx.xx.2023-cü tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını sazişlərlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişlərin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 87,7 manat, 61,1 manat və 11,6 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 8 manat, 6 manat və 1 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 584,9 manat əsas borc, 8 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 407,5 manat əsas borc, 6 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 77,7 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi üç müqavilə üzrə 1085,1 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30,86 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 584,9 manat əsas borc, 8 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 407,5 manat əsas borc, 6 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 77,7 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, cəmi üç müqavilə üzrə 1085,1 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30,86 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-43/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-43/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver