Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-69/2025 10.03.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 354 manat əsas, 106,2 manat cərimə olmaqla, cəmi 460,2 manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1595,3 manat əsas, 478,5 manat cərimə olmaqla, cəmi 2073,8 manat borcun, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 283 manat əsas, 84,9 manat cərimə olmaqla, cəmi 367,9 manat borcun, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 293,9 manat əsas, 88,1 manat cərimə olmaqla, cəmi 382 manat borcun, ümumilikdə, dörd müqavilə üzrə 2526,2 manat əsas, 757,7 manat cərimə, cəmi 3283,9 manat borcun və 52,83 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən sonuncu aldığı “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla, cəmi 540 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən “İphone 13” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 124 manat olmaqla, cəmi 2215,3 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən “Samsung” markalı mobil telefona görə 13 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla, cəmi 502,4 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğısatqı müqaviləsinə əsasən “Taube” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 599,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 31 manat son ödəniş etmiş, qalıq qalmış 354 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 248 manat son ödəniş etmiş, qalıq qalmış 1595,3 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 24,2 manat son ödəniş etmiş, qalıq qalmış 283 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixində 68 manat son ödəniş etmiş, qalıq qalmış 293,9 manat borcları qaytarmamışdır. Nisyə alğısatqı müqaviləsinin 1 nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 1062 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 4785 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 849 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 881 manat təşkil edir. Cavabdehin müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimələrin məbləğinin miqdarı 1062 manat, 4785 manat, 849 manat və 881 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimələrin məbləğinin 90%-i tərəflərindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimələrin məbləğinin 10%-i, yəni müvafiq olaraq 106,2 manat, 478,5 manat, 84,9 manat və 88,1 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixədək İddiaçı MMC-yə olan borcları xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 354 manat əsas, 106,2 manat cərimə, cəmi 460,2 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 1595,3 manat əsas, 478,5 manat cərimə, cəmi 2073,8 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 283 manat əsas, 84,9 manat cərimə, cəmi 367,9 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə 293,9 manat əsas, 88,1 manat cərimə, cəmi 382 manat təşkil etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla (sonuncu ay 21,99 manat) cəmi 599,99 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 31 manat olmaqla (sonuncu ay 13,09 manat) cəmi 540,09 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı əşyaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 124 manat olmaqla (sonuncu ay 107,39 manat) cəmi 2215,39 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh aldığı əşyaya görə 13 ay ödəniş cədvəli üzrə hər ay 39 manat olmaqla (sonuncu ay 34,49 manat) cəmi 502,49 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 293,9 manat əsas borcu, 881 manat cərimə borcu, cəmi 1174,9 manat borcu vardır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 354 manat əsas borcu, 1062 manat cərimə borcu, cəmi 1416 manat borcu vardır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1595,3 manat əsas borcu, 4785 manat cərimə borcu, cəmi 6380,3 manat borcu vardır; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 283 manat əsas borcu, 849 manat cərimə borcu, cəmi 1132 manat borcu vardır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 52,83 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü tarixli, ********* nömrəli, xx.xx.2023-cü il tarixli, ********* nömrəli, xx.xx.2024-cü il tarixli, ********* nömrəli və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqavilələri bağlanmışdır. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını sazişlərlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişlərin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliklərini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə iddia tələbinin müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 106,2 manat, 478,5 manat, 84,9 manat və 88,1 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələblər tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 10 manat, 20 manat, 8 manat və 8 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 293,9 manat əsas borc, 8 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 354 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1595,3 manat əsas borc, 20 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 283 manat əsas borc, 8 manat cərimə borcu olmaqla, cəmi dörd müqavilə üzrə 2572,2 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 45,73 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 293,9 manat əsas borc, 8 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 354 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1595,3 manat əsas borc, 20 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, ********* nömrəli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 283 manat əsas borc, 8 manat cərimə borcu olmaqla, cəmi dörd müqavilə üzrə 2572,2 manat vəsait, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 45,73 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-69/2025
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-69/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver