Məhkəmə qərarları › İş №e-2(070)-78/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-78/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-78/2024 28.02.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 noyabr 2020-ci il tarixli, GNK5805733 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 423 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat faiz borcu, 18 mart 2021-ci il tarixli, GNK5790658 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 616 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat faiz borcu və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1373 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini tərəflər arasında bağlanmış müqavilə, onun əlavəsi,bildiriş, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəli ilə əsaslandırmışdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, GNK5805733 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 735 manat dəyərində məişət avadanlığını nisyə almışdır. Həmin müqavilənin şərtlərindən göründüyü kimi borcalan borc üzrə əsas borc məbləğini vaxtında qaytarmadıqda əlavə olaraq qaytarılmayan məbləğin hər günü üçün 1 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir; xx.xx.2021-ci il tarixli, GNK5790658 saylı nisyə alğı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 724 manat dəyərində məişət avadanlığını nisyə almışdır. Həmin müqavilənin şərtlərindən göründüyü kimi borcalan borc üzrə əsas borc məbləğini vaxtında qaytarmadıqda əlavə olaraq qaytarılmayan məbləğin hər günü üçün 1 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə bağlanmış GNK5805733 saylı müqavilə üzrə ödənilməmiş 423 manat, xx.xx.2021ci il tarixdə bağlanmış GNK5790658 saylı müqavilə üzrə ödənilməmiş 616 manat olmaqla ümumilikdə 1039 manat əsas borcu vardır; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən hər iki müqavilə üzrə ümumilikdə 300 manat faiz borcunun ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GNK5805733 saylı və xx.xx.2021-ci il tarixli, GNK5790658 saylı nisyə alğı-satqı müqavilələrinin şərtlərindən göründüyü kimi həmin məbləğ cərimə borcudur. Bu halda məhkəmə hesab edir ki, müqavilələr üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 100 manat və 200 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 10 manat və 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, GNK5805733 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 423 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, GNK5790658 saylı nisyə alğısatqı müqaviləsinə əsasən 616 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 1069 manat borc, həmçinin 30.69 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, GNK5805733 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 423 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, GNK5790658 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 616 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 1069 manat borc, həmçinin 30.69 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar