Məhkəmə qərarları › İş №e-2(070)-9/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-9/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-9/2024 21.08.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19818,93 (on doqquz min səkkiz yüz on səkkiz manat doxsan üç qəpik) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş ödəniş məbləği, 149,86 (bir yüz qırx doqquz manat səksən altı qəpik) manat dövlət rüsumu, cəmi 19968,79 (on doqquz min doqquz yüz altmış səkkiz manat yetmiş doqquz qəpik) manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daewoo BS090 avtobus” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində hərəkət edən zaman “Hyundai Creta” markalı, **- SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Sabunçu şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qərarla “Daewoo BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” üzrə sığortalanmış “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 20018,93 (iyirmi min on səkkiz manat doxsan üç qəpik) manat maddi zərər dəymişdir. MİB1900124 saylı sığorta şəhadətnaməsinə və AKS210236 saylı, 2021-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən dəymiş zərərin məbləğindən 200 (iki yüz) manat məbləğ çıxılmaqla 19818,93 (on doqquz min səkkiz yüz on səkkiz manat doxsan üç qəpik) manat məbləğində sığorta həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Daewoo BS090” avtobus markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə hadisənin baş verdiyi tarixdə qüvvədə olan müqaviləsi olmadığından “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilmiş ödənişinin zərərvuran tərəfin sığorta şirkətindən tələb edilməsi mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə mürаciət еdərək, baxış iclasını iştirakları olmadan keçirilməsini, təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə qərarını qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən tələb edilən məbləğ yüksəkdir. Hesab edir ki, zərər dəymiş avtomobilə, yəni “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə az zərər dəymişdir. Bundan başqa iş üzrə əldə edilmiş ekspert rəyindən də göründüyü kimi həmin məbləğ aşağıdır. Göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, MİB1900124 nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”ndən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı X3 məxsus “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini avtonəqliyyat hadisəsi və s. sığorta risklərindən sığortalamışdır. Həmin şəhadətnamədən görünür ki, sığorta müddəti xx.xx.2019-cu il tarixdə başlayır, xx.xx.2022-ci il tarixdə bitir; xx.xx.2021-ci il tarixli, AKS210236 nömrəli “Sığorta ödənişi Aktı”ndan görünür ki, “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 20018,93 manat hesablanmış, həmin məbləğdən 200 manat franşiza (azadolma) məbləği çıxılmış, sığorta ödənişinin məbləği 19818,93 manat müəyyən edilmişdir; “Hyundai Auto Azərbaycan” servis departementi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA041821 nömrəli aktdan görünür ki, “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 20018,93 manatdır; xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 10:05-də “DAEWOO BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur; xx.xx.2021-ci il tarixli “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 10:05-də Sabunçu RPİ-nin növbətçi hissəsinə 3 saylı ŞKX-dən həmin tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 xəsarət alması barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı məlum olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində, Qızılqum qəsəbəsi istiqamətindən gələn yolla, Novxanı qəsəbəsi istiqamətindən gələn yolun kəsişməsində Cavabdeh idarə etdiyi “DAEWOO” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə X2 idarə etdiyi “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə X5 az ağır bədən xəsarəti almışdır. Məsələ ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2021-ci il tarixli, 8/1733 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “DAEWOO BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı, 505792 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai Creta” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir; Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ tərəfindən verilmiş AD seriyalı, 088777 sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 “B” kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası DİN-in BDYPİ QİŞ tərəfindən verilmiş AD seriyalı, 026427 sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “BCD” kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası DİN-in BDYPİ QİŞ tərəfindən verilmiş AB seriyalı, 749509 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nin surətindən görünür ki, “DAEWOO BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir; "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsinin surətindən görünür ki, həmin MMC mülkiyyətində olan “DAEWOO BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili 01-31 iyul 2021-ci il tarixlərində idarə etməyi Cavabdeh etibar etmişdir; 009835 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, AKS210236 saylı akt əsasında X3 19818,93 (on doqquz min səkkiz yüz on səkkiz manat doxsan üç qəpik) manat sığorta ödənişi ödənilmişdir; X4 ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən hazırkı tələb üzrə 149,46 (bir yüz qırx doqquz manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli, 9/2723 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Auto Azərbaycan” şirkəti tərəfindən xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 19873 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 17203 manat, təmir-bərpa işlərinin qiyməti 2670 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18856 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 16186 manat, təmir-bərpa işlərinin qiyməti 2670 manat. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat 10:05-də Cavabdeh tərəfindən idarə olunan “DAEWOO BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 idarə etdiyi “Hyundai Creta” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə "xxxx" ASC tərəfindən X2 nəqliyyat vasitəsinə dəymiş ziyan üzrə 19818,93 (on doqquz min səkkiz yüz on səkkiz manat doxsan üç qəpik) manat sığorta ödənişi ödənilmişdir. Həmçinin, hadisə baş verən vaxt Cavabdeh idarə etdiyi “DAEWOO BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə qüvvədə olan müqaviləsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi faydalanan şəxs X2 zərərvuran şəxs Cavabdeh qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya, yəni "xxxx" ASC-yə subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçmişdir. İş üzrə müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən faydalanan şəxs X3 19818,93 manat sığorta ödənişi olunmuşdur. Beləliklə, məhkəmə belə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh məsuliyyət daşımalıdır. Cavabdeh Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Belə ki, Cavabdeh yüksək təhlükə mənbəyinin sahibidir. Belə olduğu halda yüksək təhlükə mənbəyinin sahibi onun bütün risklərinə cavabdeh olmalıdır. Məhkəmə "xxxx" ASC-nin Cavabdeh tələb etdiyi məbləğə dair qeyd edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh 19818,93 manat vəsait tələb etsə də, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası rəyindən göründüyü kimi 2019-cu il buraxılışlı “Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 19873 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 17203 manat, təmir-bərpa işlərinin qiyməti 2670 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18856 manat müəyyən edilir, o cümlədən dəyişilməli hissələrin qiyməti 16186 manat, təmir-bərpa işlərinin qiyməti 2670 manat. Məhkəmə nəzərə alır ki, hadisə 2021-ci il tarixdə baş vermişdir və zərər dəymiş nəqliyyat vasitəsi (“Hyundai Creta” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil) 2019-cu il buraxılışlıdır. Yəni, cavabdehdən iddiaçının xeyrinə tutulmalı məbləğ müəyyən edilərkən həmin nəqliyyat vasitəsinin avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməlidir. Bu halda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli, 9/2723 nömrəli ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, cavabdehdən tələb olunan məbləğ həmin rəyə uyğun və nəqliyyat vasitəsinin avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.3 və 114.3.2-ci maddələrinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları maşınlar və avadanlıq üzrə 20%-dək kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 18856 (on səkkiz min səkkiz yüz əlli altı) manat məbləğində vəsait, həmçinin 146,57 (yüz qırx altı manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18856 (on səkkiz min səkkiz yüz əlli altı) manat məbləğində vəsait, həmçinin 146,57 (yüz qırx altı manat əlli yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar