Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1042/2023 13.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə 1164 manat sığorta ödənişinin, ödənilmiş 31,64 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan C818EM797 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ** ZZ *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E240 markalı avtonəqliyyat vasitəsitəsinə zərər vurulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 3(106)-259/2021 nömrəli qərarına əsasən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) nəqliyyat vasitəsini idarə etdiyinə görə təqsirli hesab edilmişdir. ** ZZ *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E240 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Yol-nəqliyyat hadisəsində zərər çəkmiş nəqliyyat vasitəsi ** ZZ *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E240 markalı avto nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 1164 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 1164 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, PPA********** saylı Sığorta müqaviləsindən görünür ki, “Chevrolet Cruze” markalı, C818EM797 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmışdır. Sığorta müqaviləsi xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Rusiya Federasiyasına aid ********** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Chevrolet-Cruze markalı, C818EM797 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “ƏN VN 453055 nömrəli etibarnamənin surətindən müəyyən olunur ki, X1 məxsus Mercedes Benz E-240 markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında X2 idarə etmişdir. İş materiallarında olan xx.xx.2021-cü il tarixli “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, həmin tarixdə Chevrolet-Cruze markalı, C818EM797 dövlət qeydiyyat nişanlı avtomobil ilə Mercedes Benz E240 markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 3(071)-264/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin dəymiş zərər aktından və görünür ki, “Mercedes Benz E240” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri ƏDV ilə birlikdə 1164 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 1164 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “Chevrolet Cruze” markalı, C818EM797 dövlət qeydiyyat nişanlı avtomobilin sürücünün mülki məsuliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə Hacıqabul şəhəri İ.Qayıbov küçəsind Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, C818EM797 dövlət qeydiyyat nişanlı avtomobil ilə X3 idarə etdiyi Mercedes Benz E240 markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Yol nəqliyyat hadisəsinin baş verməsinə görə təqsirli olan Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Hacıqabul rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi və zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) təqsirli bilinib inzibati qaydada tənbeh edilmişdir. "xxxx" ASC tərəfindən “Mercedes Benz E240” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin qanuni sahibinə 1164 manat sığorta ödənişi edilmişdir. Məhkəmə, işin qeyd olunan faktiki hallarını nəzərə alaraq və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə sığorta ödənişi etmiş iddiaçının hadisənin baş verməsində təqsirli olan cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də, cavabdehdən subroqasiya qaydasında 1164 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1164 (min yüz altmış dörd) manat pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 32,04 manat (otuz iki manat, dörd qəpik) pul alınaraq "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(071)-1042/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1042/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver