Məhkəmə qərarları › İş №e-2(071)-11/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-11/2025

21.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-11/2025 21.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əliyeva (Kərimova) Leyla Xanbala qızı, Zakirova (Kərimova) Zəminə Xanbala qızı və X7 cəlb edilməklə cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Hacıqabul rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum anası X2 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müyyən edilmiş müddətin buraxılma səbəbləri üzürlü hesab edilməklə, həmin müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı ildə Qazı- Məmməd şəhərində anadan olmuşdur. Hal-hazırda Hacıqabul şəhəri, M.Əsədov küçəsi, ev 18-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Hazırda faktiki yaşadığı ev mərhum valideynləri atası - X21 və anası - X8 məxsus olmaqla birlikdə yaşamışlar. Həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə anası - X4 adına reyestrdə qeydiyyata alınmışdır. Valideynlərinin rəsmi nikahlarından övladları- xx.xx.1957-ci ildə Əliyeva (Kərimova) Leyla Xanbala qızı, xx.xx.1965-ci ildə Zakirova (Kərimova) Zəminə Xanbala qızı və o, İddiaçı Xanabla qızı xx.xx.1960-cı ildə doğulmuşlar. Bacıları Əliyeva (Kərimova) Leyla Xanbala qızı və Zakirova (Kərimova) Zəminə Xanbala qızı ailə nikah münasibətlərinə girdikləri üçün, həmin fərdi yaşayış evindən köçüb getmişlər. Atası - X21 xx.xx.1975-ci ildə, anası - X14 isə xx.xx.1992-ci ildə vəfat etmişlər. Həmin vaxtdan bu günə kimi o, mərhum anası - X4 mülkiyyətində olmuş Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış və ona faktiki sahiblik etmişdir. Valideyinləri vəfat etdikdən sonra, anasına məxsus fərdi yaşayış evini öz adına vaxtında rəsmiləşdirə bilməmişdir. Hal-hazırda bacıları Əliyeva (Kərimova) Leyla Xanbala qızı və Zakirova (Kərimova) Zəminə Xanbala qızının qeyd edilən fərdi yaşayış evini onun adına rəsmiləşdirilməsinə dair heç bir etirazları yoxdur. O, rəsmiləşdirmə işlərinin aparılması üçün Hacıqabul Notariat Ofisinə müraciət etdikdən sonra ona 14 fevral 2024-cü il tarixdə, 104 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, xx.xx.1192-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın qəbuluna dair Azərbaycan Respublikasının 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddətin üzürlü hesab edilərək uzadılması ilə bağlı məhkəməyə müraciət edilməlidir. Ərizədə həmçinin iddiaçı müddətin ötürülməsini onunla əsaslandırmışdır ki, anasının vəfat etməsi onu çətin vəziyyətə saldığı üçün, eyni zamanda qanunun tələbi barədə məlumatsız olduğundan vaxtında aidiyyəti orqana miras əmlakın qəbulu ilə bağlı müraciət edə bilməmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq miras əmlakın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsini üzrlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mirasın qəbulu müddətinin ötürülməsini üzrlü hesab edərək, mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq izahatında bildirdi ki, miras əmlak anası Gülnişan Kərimovanın adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. Anası Gülnişan 1992-ci il öldükdən sonra ona məxsus evdə vərəsələrindən yalnız o, özü yaşamışdır. X32 isə anasından öncə, yəni 1975-ci ildə ölmüşdür. Valideynləri 1950-ci ildə nikaha daxil olmuş, həmin nikahdan 1951-ci ildə doğulmuş qardaşı İslaməli Kərimov 2013-cü ildə vəfat etmiş, 1952-ci ildə doğulmuş qardaşı Qəmzəli Kərimov 2014-cü ildə vəfat etmiş, 1955-ci ildə doğulmuş qardaşı Həsənbala Kərimov 2013-cü ildə vəfat etmiş, 1962-ci ildə doğulmuş qardaşı Əlisurət Kərimov 1964-cü ildə vəfat etmiş, 1968-ci ildə doğulmuş qardaşı Kirman Kərimov 2010-cu ildə vəfat etmiş, eyni tarixdə doğulmuş digər qardaşı Kamal Kərimov 1969-cu ildə vəfat etmişdir. Bacı-qardaşlarından yalnız bacıları Əliyeva (Kərimova) Leyla Xanbala qızı və Zakirova (Kərimova) Zəminə Xanbala qızı sağdır, lakin həmin bacıları ail qurduqdan sonra qeyd olunan fərdi yaşayış evində ümumiyyətlə yaşamamışlar. Yalnız mərhum qardaşı Kirman həmin evdə yaşamışdır, sonuncunun ailə üzvlərindən yalnız qızı X7 sağdır. Digər ailə üzvlərindən heç kim anasının ölümündən sonra həmin evdə yaşamamış, həmin evi miras əmlak kimi faktiki qəbul etməmişdir. Anası 1992-cı ildə öldükdən sonra miras qalmış evdə yalnız o, özü yaşamış, evin saxlanılması üçün xərclər çəkmiş və kommunal ödənişləri etmişdir. Digər ailə üzvləri ilə onun arasında həmin mülklə bağlı heç bir mübahisə yoxdur. Miras əmlak anasına məxsus olduğundan, onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması prosesi uzun çəkmiş, hətta rəsmiləşdirmə onun ölümündən sonra aparılmış bu səbəbdən mirasın qəbul edilməsi üçün vaxtında notariusa müraciət edə bilməmişdir. Odur ki, mirasın qəbulu müddətinin ötürülməsini üzrlü hesab edərək, mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(071)-854/2024 saylı qərardadı ilə Əliyeva (Kərimova) Leyla Xanbala qızı, Zakirova (Kərimova) Zəminə Xanbala qızı və X7 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdeh Hacıqabul rayon Notariat Ofisinə və üçüncü şəxslər Əliyeva (Kərimova) Leyla Xanbala qızı, Zakirova (Kərimova) Zəminə Xanbala qızı və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Əliyeva (Kərimova) Leyla Xanbala qızı izahatında bildirmişdir ki, iddiaçının böyük bacısıdır. İddiaya etirazı yoxdur. İddia ərizəsində qeyd edilən əmlaka tələbi yoxdur. Ailədə qardaş-bacıları 7 nəfər olmuşdur. Anası vəfat etdikdən sonra həmin evdə bacı Lətifə ilə yanaşı digər üçüncü şəxs Qurbanzadə Esmiraldanın atası mərhum Kirman yaşayıb. Həmin ev üçün qardaş və bacılarından heç birinin tələbi yoxdur. Çünki hər biri ailə qurduqdan sonra öz şəxsi evlərində ailə üzvləri ilə birlikdə yaşamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş X7 izahatında bildirmişdir ki, iddiaçı bibisidir. İddia ərizəsində qeyd edilən əmlakda bibisi yaşayır. Hazırda iddia ərizəsində qeyd edilən əmlaka tələbi yoxdur. Verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırda o, evlidir və öz evi vardır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Zakirova (Kərimova) Zəminə Xanbala qızı izahatında bildirmişdir ki, hazırda ünvan 2 (yeni qaydalarla M.Ə.Rəsulzadə küçəsi giriş 40) ünvanında yerləşən əmlakı İddiaçı 2010-cu ildə miras kimi qəbul edib və idarə edibdir. Halhazırda da Lətifə həmin əmlakı idarə edir, bütün xərclərini o ödəyir. İddia tələbinin təmin olunmasına heç bir etirazı yoxdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Əliyeva (Kərimova) Leyla Xanbala qızı, Zakirova (Kərimova) Zəminə Xanbala qızı və X7 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, ünvan 2 ünvanında yerləşən əmlakı Gülnişan Kərimovanın ölümündən sonra İddiaçı miras olaraq qəbul etmişdir. İddiaçı hal-hazırda həmin əmlakı idarə edir və bütün xərclərini ödəyir. İddia tələbinin təmin olunmasına heç bir etirazları yoxdur. Həmin əmlaka dair heç bir tələbləri yoxdur. İş materiallarında olan Hacıqabul rayon VVAQ şöbəsi tərəfindən 27 aprel 1992-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 358561 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və ölməsi faktı xx.xx.1992-ci il tarixdə reyestr kitabında 41 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 104 nömrəli məktubun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon Notariat İdarəsinin 18 dekabr 2024-cü il tarixli məktubundan müəyyən edilir ki, mərhum X4 adına vərəsəlik işi açılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 384 nömrəli arayışdan müəyyən edilir ki, Kərimova X13 şəhəri, M.Əsədov küçəsi 18 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2(071)-11/2025 saylı sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş X4 ailə üzvləri haqqında arayışdan müəyyən edilir ki, X4 ailə tərkibinə, həyat yoldaşı – xx.xx.1900-cü il təvəllüdlü X21 (xx.xx.1975-ci ildə vəfat etmişdir), xx.xx.1951-ci il təvəllüdlü X15 (xx.xx.2013-cü ildə vəfat etmişdir), xx.xx.1957-ci il təvəllüdlü X19, xx.xx.1952-ci il təvəllüdlü X18 (xx.xx.2014-cü ildə vəfat etmişdir), xx.xx.1955-ci il təvəllüdlü X10 (xx.xx.2013-cü ildə vəfat etmişdir), xx.xx.1962-ci il təvəllüdlü X16 (xx.xx.1964-cü ildə vəfat etmişdir), xx.xx.1969-cu il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü X20 (xx.xx.2010-cu ildə vəfat etmişdir) və xx.xx.1968-ci il təvəllüdlü X22 (xx.xx.1969-cu ildə vəfat etmişdir) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-10902/2024 saylı məktubundan müəyyən edilir ki, X4 birinci növbədə vərəsələri (övladı, arvadı(əri), valideynləri) haqqında məlumatın (doğumu, ölümü) istənilməsi barədə məhkəmənin müraciətinə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X21 ilə X4 nikahının xx.xx.1950-ci ildə Hacıqabul rayon qeydiyyat şöbəsində qeydə alındığı, həmin nikaha X.Kərimovun xx.xx.1975-ci ildə vəfatı ilə əlaqədar xitam verildiyi məlum olmuşdur. Bu nikahdan doğulmuş övladları xx.xx.1951-ci il təvəllüdlü X5, xx.xx.1957-ci il təvəllüüdlü X11, xx.xx.1952-ci il təvəllüdlü X9 (xx.xx.2014-cü ildə vəfat etmişdir), xx.xx.1955-ci il təvəllüdlü X3 (xx.xx.2013-cü ildə vəfat etmişdir), xx.xx.1962-ci il təvəllüdlü X6 (xx.xx.1964-cü ildə vəfat etmişdir), xx.xx.1968-ci il təvəllüdlü X12 (xx.xx.2010-cu ildə vəfat etmişdir) və X17 (xx.xx.1969-cu ildə vəfat etmişdir) doğumu haqqında məlumat aşkar edilmişdir. xx.xx.1992-ci ildə vəfat etmiş X4 ölümü xx.xx.1992-ci ildə Hacıqabul rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Həmçinin informasiya sisteminə baxış keçirilərkən G.Kərimovanın doğumu haqqında məlumat aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydləri qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasinın Milli Arxiv İdarəsinə təhvil verildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul rayon Dövlət Arxivinin 31 iyul 2023-cü il tarixli, 3-48-17RA/2- 151/2023 saylı arxiv arayışından müəyyən olunur ki, Qazıməmməd şəhər XDS İcraiyyə Komitəsinin 20 iyun 1978-ci il tarixli qərarı ilə X8 şəhərin Məktəbli küçəsində 0.06 sot torpaq sahəsi ayrılmışdır. Ailə tərkibi 7 nəfərdən ibarət olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin 20 dekabr 2024-cü il tarixli, 3-21-3-38/2-5271/2024 saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ünvan 2 (yeni qaydalarla M.Ə.Rəsulzadə küçəsi giriş 40) ünvanında yerləşən 0,06 sot torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 131.6 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışla X4 adına rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın elektron məlumat bazasında X4 adına digər daşınmaz əmlak aşkar olunmamışdır. Məhkəmə, iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarına, tədqiq edilmiş digər sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 2 (yeni qaydalarla M.Ə.Rəsulzadə küçəsi giriş 40) ünvanında yerləşən 0,06 sot torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 131.6 kv.m olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. X14 xx.xx.1992-ci il tarixdə öldükdən sonra onun vərəsələrindən yalnız qızı – İddiaçı miras qoyana məxsus miras əmlak olan ünvan 2 (yeni qaydalarla M.Ə.Rəsulzadə küçəsi giriş 40) ünvanında yerləşən 0,06 sot torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 131.6 kv.m olan fərdi yaşayış evində faktiki olaraq yaşamışdır. İddiaçı mərhum anası - X14 vəfat etdikdən sonra, miras əmlakın qəbul edilməsi ilə bağlı olan müddətdən məlumatı olmadığı üçün vaxtında müraciət edə bilməmişdir, bundan başqa anasının vəfat etməsi onu çətin vəziyyətə saldığı üçün miras əmlakı faktiki olaraq qəbul etsə də qeyd olunan faktı rəsmiləşdirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X14 xx.xx.1992-ci il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının anası X4 27 aprel 1992-ci il tarixdə vəfatından sonra, iddiaçının miras əmlakını qəbul etmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət etməməsinin əsas səbəbi, onun hüquqi savadının və müvafiq qanunvericilikdən irəli gələn hüquqi prosedurlara dair məlumatının olmaması olmuşdur. İddiaçı, hüquqi savadsızlığı və vəziyyətin mürəkkəbliyini düzgün qiymətləndirə bilmədiyi üçün miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq hərəkətləri vaxtında həyata keçirmək iqtidarında olmamışdır. Eyni zamanda, anasının vəfatı ilə bağlı yaşadığı mənəvi sarsıntılar və psixoloji çətinliklər, onun həmin dövrdə iradəsini toplayaraq mirasın qəbul edilməsi üçün zəruri addımları atmasına mane olmuşdur. İş materiallarından, məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - Əliyeva (Kərimova) Leyla Xanbala qızı, Zakirova (Kərimova) Zəminə Xanbala qızı və X1 əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdən və təqdim etdikləri ərizələrdən də göründüyü kimi, onlar iddiaçının miras əmlakının qəbul edilməsi üçün müddətin üzürlü hesab edilməsinə dair irəli sürdüyü iddiaya etiraz etməmiş və bu əmlakla bağlı hər hansı bir hüquqi tələblərinin olmadığını bəyan etmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi səbəbi üzrlü sayılmalı, mirası qəbul etmək üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. İddiaçı bu müddəti hansı vaxtadək uzadılmasını tələbində göstərməsə də, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər (MM 1246). Bu baxımdan məhkəmə hesab edir ki, mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qeyri-müəyyən müddətə uzadıla bilməz, bu müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üç ay uzadılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 (yeni qaydalarla M.Ə.Rəsulzadə küçəsi giriş 40) ünvanında yerləşən 0,06 sot torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 131.6 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilsin və onun miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 3 (üç) ay müddətinə uzadılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar