Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1124/2025 24.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “LG TV” və “X1 2 il” xidməti üçün 2097,96 manat ödənilməmiş hissə, 209,80 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “X1 2 il” xidməti, “Playstation 5” və 2 ədəd “PS5” oyun pultu üçün 1835,16 manat ödənilməmiş hissə, 183,52 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “Delonghi” markalı qəhvəbişirən və “X1 2 il” xidməti üçün 1368,54 manat ödənilməmiş hissə, 136,85 manat dəbbə borcu olmaqla, ümumilikdə 5831,83 manat borc və 78,32 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını etiraz etmədiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “LG TV” və “X1 2 il” xidməti Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X1 2 il” xidməti, “Playstation 5” və 2 ədəd “PS5” oyun pultu Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “Delonghi” markalı qəhvəbişirən və “X1 2 il” xidməti Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş 240 manat olmaqla, 2307,76 manat toplam məbləğin hər ay 174,83 manat olmaqla, 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş 265 manat olmaqla, 2100,16 manat toplam məbləğin hər ay 152,93 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əlavəyə əsasən Cavabdeh tərəfindən ilkin ödəniş 72 manat olmaqla, 1440,54 manat toplam məbləğin hər ay 76,03 olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2097,96 manat ödənilməmiş hissə, 209,80 manat dəbbə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1835,16 manat ödənilməmiş hissə, 183,52 manat dəbbə borcu; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1368,54 manat ödənilməmiş hissə, 136,85 manat dəbbə borcu olmaqla, ümumilikdə 5831,83 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Cərimənin əsas borca münasibətdə yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2025-ci il tarixli müqavilə üzrə 146,85 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 128,46 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 95,79 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2025ci il tarixli müqavilə üzrə 2097,96 manat əsas borc, 146,85 manat cərimə olmaqla, cəmi 2244,81 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1835,16 manat əsas borc, 128,46 manat cərimə olmaqla, cəmi 1963,62 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1368,54 manat əsas borc, 95,79 manat cərimə olmaqla, cəmi 1464,33 manat, ümumilikdə isə 5672,76 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 76,73 manat olmaqla, cəmi 5749,49 (beş min yeddi yüz qırx doqquz manat qırx doqquz qəpik) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2097,96 manat əsas borc, 146,85 manat cərimə olmaqla, cəmi 2244,81 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1835,16 manat əsas borc, 128,46 manat cərimə olmaqla, cəmi 1963,62 manat; xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1368,54 manat əsas borc, 95,79 manat cərimə olmaqla, cəmi 1464,33 manat, ümumilikdə isə 5672,76 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 76,73 manat olmaqla, cəmi 5749,49 (beş min yeddi yüz qırx doqquz manat qırx doqquz qəpik) manat pul Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-1124/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1124/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver