Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1128/2024 26.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 471,45 ABŞ dolları əsas borc və 118 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə 589,45 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 31 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən satış qiyməti 581 ABŞ dolları olan “Apple İphone 11 Pro Max 64GB Grey” markalı telefon Cavabdeh satılmışdır. Cavabdehlə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 17 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cü il tarixdə 46,98 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 45,57 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Lakin ödəmə qrafiki üzrə ödəməli olduğu qalan pul məbləğini – 471,45 ABŞ dollarını ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia ərizəsinə tələbin sübutu kimi nisyə alqı-satqı müqaviləsi, zaminlik müqaviləsi, ödəniş cədvəli, borc barədə maliyyə arayışı əlavə edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasında onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən satış qiyməti 581 ABŞ dolları olan “Apple İphone 11 Pro Max 64GB Grey” markalı telefon Cavabdeh nisyə satılmışdır. Müqavilənin 3.4-cü bəndinə əsasən malın satış qiymətinin ödənilməmiş hissəsi, alıcı və ya onun müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə (Əlavə 1) uyğun olaraq həyata keçirilir. Müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi hər gün üçün, məcmu borcun 1% həcmində satıcının xeyrinə cərimə ödəməlidir. İşə əlavə edilmiş ödəniş cədvəlinə (Əlavə 1) əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş 17 ABŞ dolları daxil olmaqla, 564 ABŞ dolları borcun 12 ay ərzində, aylıq 47 ABŞ dolları olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq-bildirişlərə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair pretenziya məktubu göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, həmin tarixə Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 471,45 ABŞ dolları əsas borcu və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 118 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 589,45 ABŞ dolları borcu vardır. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Nəticədə cavabdehin İddiaçı MMC-yə 471,45 ABŞ dolları əsas borc və 118 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə 589,45 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göründüyü kimi, tərəflər arasında nisyə alğı-satğı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirməmiş, nisyə aldığı əşyaların pulunu müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Məhkəmə həmçinin, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, əsas borcun 5 % həcmində, yəni 23,57 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, dövlət rüsumu hissəsində də iddia qismən təmin edilməli və 30 manat dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 471,45 ABŞ dolları əsas borc, 23,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 495,02 (dörd yüz doxsan beş dollar iki sent) ABŞ dollar (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, VİP 19323 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 471,45 ABŞ dolları əsas borc, 23,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 495,02 (dörd yüz doxsan beş dollar iki sent) ABŞ dollar (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-1128/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1128/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver