Məhkəmə qərarları › İş №e-2(071)-1173/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1173/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1173/2023 27.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 403,96 manat əsas borc və 40,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 211,44 manat əsas borc və 21,56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 129,96 manat əsas borc və 12,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 88,18 manat əsas borc və 8,82 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 40,34 manat əsas borc və 4,66 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 26,90 manat əsas borc və 2,10 manat cərimə borcu olmaqla cəmi 990 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, XİAOMİ REDMİ NOTE 11 markalı telefon, XİAOMİ REDMİ 9A markalı telefon, HUAWEİ WATCH FİT qol saatı, MİKRODALĞALİ SOBA HOFFMAN, HUAWEİ WATCH FİT QOL SAATİ, XİAOMİ REDMİ 9A markalı telefon, AİWA QULAQCİQ almış və nəticədə 990 manat borcu yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 549,96 manat (12 ay x 45,83 manat + 0 manat ilkin ödəniş) XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün ümumilikdə 444 manat olmaqla ondan, 403,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40,04 manat cərimə təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 338,04 manat (12 ay x 28,17 manat +0 manat ilkin ödəniş) XİAOMİ REDMİ 9A markalı telefon üçün ümumilikdə 233 manat olmaqla ondan, 211,44 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,56 manat cərimə təşkil edir. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 228,96 manat (12 ay x 19,08 manat + 0 manat ilkin ödəniş) HUAWEİ WATCH FİT QOL SAATİ üçün ümumillikdə 142 manat olmaqla ondan 129,96 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,04 manat cərimə təşkil edir. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 306,90 manat (18 ay x 17,01 manat + 0,72 manat ilkin ödəniş) MİKRODALĞALİ SOBA HOFFMAN üçün ümumillikdə 97 manat olmaqla ondan 88,18 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,82 manat cərimə təşkil edir. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 242,04 manat (12 ay x 20,17 manat + 0 manat ilkin ödəniş) olan HUAWEİ WATCH FİT QOL SAATİ üçün ümumillikdə 45 manat olmaqla ondan 40,34 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4,66 manat cərimə təşkil edir. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 343,60 manat (12 ay x 27,30 manat + 16 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ 9A markalı telefon, AİWA QULAQCİQ üçün ümumillikdə 29 manat olmaqla ondan 26,90 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2,10 manat cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1108,72 manat təşkil edir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 03712221 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 549,96 manat olan əşyanı (XİAOMİ REDMİ NOTE 11) Cavabdeh ilkin ödəniş 0 manat olmaqla, “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 45,83 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04081244 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 338,04 manat olan əşyanı (XİAOMİ REDMİ 9A markalı telefon) Cavabdeh ilkin ödəniş 0 manat olmaqla, “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 28,17 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04081119 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 228,96 manat olan əşyanı (HUAWEİ WATCH FİT QOL SAATİ) Cavabdeh ilkin ödəniş 0 manat olmaqla, “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 19,08 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02641260 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 306,90 manat olan əşyanı (MİKRODALĞALİ SOBA HOFFMAN) Cavabdeh ilkin ödəniş 0,72 manat olmaqla, “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 17,01 manat olmaqla 18 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 242,04 manat olan əşyanı (HUAWEİ WATCH FİT QOL SAATİ) Cavabdeh ilkin ödəniş 0 manat olmaqla, “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 20,17 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24016968 №-li müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 343,60 manat olan əşyanı (XİAOMİ REDMİ 9A markalı telefon, AİWA QULAQCİQ) Cavabdeh ilkin ödəniş 16 manat olmaqla, “Ödəniş Cədvəlinə” uyğun olaraq aylıq ödəniş 27,30 manat olmaqla 12 ay müddətinə ödəmək şərti ilə satmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəllərində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan Maliyyə və Ödəniş Cədvəlinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə Cavabdeh cəmi 1108,72 manat ödəniş etmiş, onun hal-hazırda xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 403,96 manat əsas borc və 40,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 211,44 manat əsas borc və 21,56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 129,96 manat əsas borc və 12,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 88,18 manat əsas borc və 8,82 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 40,34 manat əsas borc və 4,66 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 26,90 manat əsas borc və 2,10 manat cərimə borcu olmaqla cəmi 990 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtİsadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq nisyə alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. Odur ki, iddiaçı hər iki müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 900,78 manat əsas borc və 89,22 manat cərimə olmaqla, cəmi 990 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 403,96 manat əsas borc və 40,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 211,44 manat əsas borc və 21,56 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 129,96 manat əsas borc və 12,04 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 88,18 manat əsas borc və 8,82 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 40,34 manat əsas borc və 4,66 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 26,90 manat əsas borc və 2,10 manat cərimə borcu olmaqla cəmi 990 (doqquz yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz manat) pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar