Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-1272/2024 16.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh İddiaçı MMC-yə olan borcunu ödədiyini və bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçının ərizəsini nəzərdən keçirib hesab edirəm ki, sadələşmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci, 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 39 (otuz doqquz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə (ABB-nin Nəsimi filialı, kod 805614, VÖEN **********, Müxbir hesab AZ03NABZ********************, S.W.İ.F.T. İBAZAZ 2X) qaytarılsın. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-1272/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-1272/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver