Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-266/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 313482 saylı aktın ləğv edilməsi barədə və həmin akta əsasən hesablanmış 627,78 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin sentyabr ayında 16 ildir istifadə etdikləri işıq sayğacı partlayaraq sıradan çıxmışdır. 2023-cü ilin sentyabr ayının 25-ci günündə onların ünvanlarına yeni smart tipli kartla istifadə olunan işıq sayğacı quraşdırmışdırlar. xx.xx.2023-cü il tarixdə həmin smart tipli sayğacın kartının sıradan çıxdığı onlara məlum oldu və elektrik enerjiləri kəsildi. Azərişıq ASC-nin qaynar xəttinə zəng etmişlər operatora problemi bildirmişlər operatorda da onlara məlumatın qeydə alındığını bildirmişdir. Daha sonra, Azərişıq ASC-nin işçisi kimi özünü təqdim edən Murad adlı şəxs ********** nömrəi telefon nömrəsi ilə onların mobil telefonlarına zəng edərək, Hazırda rayonun ərazisində olmadığını sayğaclarla bağlı mütəxəssis olan işçinin mobil nömrəsini Whatsapp tətbiqi vasitəsi ilə onlara göndərərək onlardan qəsəbənin Mənzil Komunal İstismar Sahəsinin rəisi Vahbi müəllimin nömrəsini ona verməylərini xahiş etdi. O nömrəni ona göndərdikdən sonra Vahbi müəllim onlara zəng edib hadisə barədə onlardan məlumat aldı. Daha sonra, Vahbi müəllim onların ünvana qəsəbə sakini olan Hüseyn adlı elektrikçini göndərdi. Hüseyn onların ünvanına yaxınlaşaraq mobil telefonu ilə Azərişıq ASC-nin əməkdaşı olan Muradla danışaraq məsələni ona izah etdi. Murad mobil telefonda ona işığı necə bərpa edə biləcəyini başa saldı. Hüseyn Muradın tapşırığı əsasında kənar xətt çəkərək onların evinin elektrik enerjisini sadəcə elektrikli lampa və soyuducu işləyəcək şəkildə bərpa etdi. Ertəsi gün, Azərişıq ASC-nin Hacıqabul rayonunda yerləşən idarəsinə gedərək kartdaki problemi aradan qaldırmışlar. Daha sonra Azərişıq ASC-nin əməkdaşı olan Murad adlı şəxsə və Vahbi müəllimə dəfələrlə gəlib çəkilən kənar xətti ləğv elmələrini, kartı dəyişdirdiylərini, həmin qoşulmuş kənar xəttdən istifadə etdiklərinə görə elektrik enerjisindən normal şəkildə istifadə edə bilmədiklərini elektrikli avadanlıqların hər hansı birini işlədməkdə çətinlik çəkdiklərini bildirmişlər. Lakin heç kim gəlib o xətti ləğv etməmişdir. Daha sonra, Azərişıq ASC-nin əməkdaşları gəlib həmin kənar xəttə görə onlara cərimə tətbiq ediblər və bu barədə tərtib olunan aktı onlara təqdim etməyiblər. Bütün bu hadisələrdən sonra onlar Murad adlı şəxslə əlaqə saxlayaraq bu borcun niyə yazıldığını, həmin xəttin onun göstərişi ilə qoşulduğunu deyərək etiraz etmişlər o isə onlara o öz başına olmadığını müdürdən icazə alıb etdiyini bildirdi. Onlarda Azərişıq ASCnin Hacıqabul şəbəkəsinin rəisi X2 qəbuluna gedərək məsələni ona izah etmişlər X3 isə ona o onlara bir günlük icazə verdiyini onlar daha artıq istifadə etdiklərini bildirmişdir. Əlavə olaraq bildirir ki bu hadisələrlə bağlı bütün Whatsapp yazışmaları və səs yazıları mövcuddur istənilən halda onları məhkməyə təqdim etməyə hazırdır. Bildirir ki, yaşadığı ünvana elektrik enerjisinin ölçü sayğacı quraşdırılmış və o istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı vaxtında ödəmişdir. Bununla əlaqədar onunla elektrik şəbəkəsi arasında heç problem yaranmamışdır. Bundan əlavə həmin əraziyə nəzarət edən mühəndislər vardır ki, bu qüsur olsa idi onlar ən son ayda sayğaca baxış keçirərkən bu barədə ona və ya evdə yaşayan digər ailə üzvlərinə məlumat vermiş olardılar. Bildirir ki, sayğaca da iştirakları olmadan baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin akt tərtib olunarkən onun və ya digər ailə üzvlərinin iştirakı təmin olunmamış və hüquqları pozulmuşdur. Hesab edir ki, xx.xx.2023-cü il tarixli 313482 saylı akt ciddi qanun pozuntuları olunaraq tərtib olunmuşdur və aşağıda göstərilənlərə əsasən həmin akt ləğv olunmalıdır. İddiaçı məhkəmə zalında izahatında göstərmişdir ki, onlar işıq idarəsinə məlumat vermişlər ki, işıqları yoxdur. Onlar sayğaca ödəniş edən zaman onlardan əlavə pul tutulduğunu bildirdi. 627 manat borc yazıldığını və onlara heç bir bildiriş verilmədiyini bildirdi. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 313482 saylı akt əsasında onun abunə hesabına yazılmış 627,78 manat cərimənin silinməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, X1 əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və O.İbadov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 313482 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları R.Mehtiyev, A.Talıbov və İ.Qasımov xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus (**********05105 nömrəli abunə kodu) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, abonent sayğacın giriş yuvasına əlavə naqil qoşaraq kənar xətdən istifadə edir. İş materiallarında olan Abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus (abunə kodu **********05105) abunə hesabına heç bir əsaslı səbəb olmadan 627,78 manat borc yazılmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdeh X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 313482 nömrəli akt tərtib edilərkən İddiaçı məxsus (**********05105 nömrəli abunə kodu) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri zamanı, həmin evə quraşdırılmış sayğacda kənar xətt aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən "xxxx" ASC tərəfindən İddiaçı abunə hesabına ümumilikdə 627,78 manat borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 627,78 manat pul İddiaçı məxsus **********05105 nömrəli abunə hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt ləğv edilsin, 313482 nömrəli akt əsasında hesablanmış 627,78 manat cərimə İddiaçı məxsus **********05105 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-266/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-266/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver