Məhkəmə qərarları › İş №e-2(071)-269/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-269/2024

29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-269/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun abonent hesabına əlavə edilmiş 247,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı bacısı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh ASC tərəfindən onun mənzilinin su sərfiyyatının hesablanması məqsədi ilə quraşdırılmış smart tipli su sayğacı 2022-ci ilin oktyabr ayında sıradan çıxmış, o, bu barədə Hacıqabul Sukanal İdarəsinin əməkdaşlarına məlumat vermişdir. Sukanal İdarəsinin əməkdaşları sayğacın qidalandırıcı elementinin sıradan çıxdığını bildirmişlər. Daha sonra, 2023-cü ilin sonunda onun ünvanına mexaniki su sayğacı quraşdırılmışdır. Sayğac dəyişən zaman abonent hesabına ödəniş də, əlavə etmişdir. Həmin ödənişləri etdiyi zaman orada artıq məbləğin yazıldığını görmüş və su idarəsinin əməkdaşından yazılmış borc barədə soruşmuşdur. Daha sonra ona məlum olmuşdur ki, sayğac dəyişdirilən zaman xx.xx.2022-ci il tarixdə onun abonent hesabına əlavə sərf olaraq 247,20 manat borc hesablamışdırlar. Əlavə olaraq qeyd edir ki, sözü gedən ünvanda sadəcə arvadı ilə yaşayır. Sənədlərə əlavə etdiyi abonent kartından çıxarışdan da, görünür ki onların qeyd edilən məbləğdə su sərf etmələri ağıla batan deyil. Azərsu ASC-i tərəfindən onun abonent hesabına əlavə edilmiş 247,20 manat məbləğin əsassız olduğunu və həmin sayğacın sıradan çıxmasında onun heç bir günahının olmamasının nəzərə alınaraq və həmin borcun silinməli olduğunu düşünür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, yaşadığı ünvanda Azərsu ASC-i əməkdaşları tərəfindən quraşdırılmış sayğac xarab olmuş, o, işçiləri çağırıb sayğacı düzəltmələrini xahiş etmişdir. Su idarəsinin əməkdaşları sayğacı yenisi ilə əvəz etdikdən sonra, onun abonent hesabına borc yazılmışdır. Onun abonent hesabına yazılmış borc əsassızdır, odur ki, hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, abonentin yaşadığı evə 2014-cü ildə smart sayğac quraşdırılmışdır. Abonentin sayğacı 2023-cü ildə çıxarılıb yenisi ilə əvəz olunmuşdur. Sonradan sayğacın müayinəsi zamanı məlum olmuşdur ki, idarənin əməkdaşları tərəfindən lazımi sayğac yenisi ilə əvəz edilməmiş və bu səbəbdən su sərfiyyatı düzgün hesablanmamışdır. Sayğacın lazımi vaxtda yenisi ilə əvəz edilməməsi Azərsu ASC-nin əməkdaşlarının məsuliyyətsizliyi nəticəsində baş vermişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, abonenti olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı yaşayır. Cavabdeh tərəfindən həmin ünvana ona borcla bağlı bildiriş verdikləri zaman onun abonent hesabına 247,20 manat məbləğində borc əlavə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı qərarının 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 5.15-ci bəndində qeyd edilmişdir ki, istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində əsassız hesablanmış 247,20 manat məbləğində borc pul silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********050) Cavabdeh ASC tərəfindən hesablanmış 247,20 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar