Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-317/2024 14.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və 1555,20 manat əsassız hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Tağılı kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Beləki, 30 may 2023-cü il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı **********2 saylı qaz sayğacının açaraq, sayğaca baxış keçirmişlər. Eyni zamanda qaz sayğacının açılması və yoxlanılması haqqında akt tərtib etmişlər. Daha sonra, sayğacın plastmas qapağı, zavod plastmas plombları, hesablayıcı mexanizmi və zavod nömrəsi olan löhvə gövdənin üzərində aşkar olunmadığı və sayğacın istismara yararsız olduğu xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona bildirilmişdir. Onu da, qeyd edir ki, sayğacın istismar müddəti 10 ildir və quraşdırıldığı gündən fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, ona əsassız olaraq itirilmiş qazın bərpası məqsədi ilə 12960m həcmində, yəni 1555,20 manat məbləğində borc hesablamışlar. Beləki, yazılmış cərimə əsassızdır. Onlar təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişlər. Onların təqsirləri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli olmadığları qeyd edilmişdir. Əlavə olaraq qeyd edir ki, hər ay smart karta yüklədiyi məbləğlərində 50%-i borca görə tutulur və qış aylarında təbii qazdan istifadə daha mühüm rol oynadığı üçün məcburiyyət qarşısında qalaraq Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalar”-nın 4.8-ci bəndində göstərilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdeh qaz oaylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Nəticədə yuxarıda qeyd edilən qaydaların 4.7.4.8.4.9. və 5.2-ci bəndlərinin tələbləri pozularaq, qaz sayğacının zədələnməsindən abonentin təqsiri sübuta yetirilmədən dəymiş ziyan hesablanmışdır.Bütün qeyd edilmiş hüquqi və faktiki əsaslara uyğun olaraq iddia tələbi təmin edilməlidi. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, onların sayğacı yol kənarındadır. Evə gəldiyi zaman sayğacın sınıq olduğunu və uşaqlar oynarkən sındırdıqlarını bildirdi. Məlumat vermiş və qaz idarəsinin işçiləri gəlmiş və oda ona görə 80 manat ödəmişdir. Sonra eşitmişdir ki, 1555 manat cərimə yazılıb, səbəbini soruşduqda heç bir məlumat vermədiklərini bildirdi. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 1555,20 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış G4 markalı **********2 nömrəli qaz sayğacı yeni Zenner G4 markalı **********7 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın hesablama mexanizmi sındırılıb. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, G-4 markalı **********2 nömrəli sayğacın plastmas qapağı, zavod plastmas plombları, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-5318/Q0001 nömrəli rəyinə əsasən G-4 markalı **********2 nömrəli sayğaca baxış keçirildi. Sayğacın zavod seriya nömrəsi Salyan RQİİ-nin möhürlü kağızına əsasən yazıldı. Sayğacın plastmas qapağı, zavod plastmas plombları, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadı. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayonu, Tağılı kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin may ayı üzrə 1555,20 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1555,20 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 1555,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu, Tağılı kəndində fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00020) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat iyirmi qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-317/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-317/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver