Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-381/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3, iddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü araşdıraraq, müəyyənetdi: X2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli xəbərdarlıq vərəqəsi və 026092 saylı laboratoriya protokoluna əsasən onun abonent hesabına əlavə sərfiyyat kimi əlavə edilmiş 144,68 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini X4 adından onun nümayəndəsi kimi oğlu X6 imzalamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, ərizəni imzalayan X6 ərizədə iddiaçı kimi qeyd edilən X4 oğludur. MPM-in 69.1-1-ci maddəsinin tələbi baxımından onun iddiaçının nümayəndəsi kimi mülki mühakimə icraatı zamanı onu təmsil etmək hüququ vardır. Lakin, Şahin Şıxəliyev tərəfindən nümayəndəyə qanunla müəyyən edilmiş qaydada iddia ərizəsinin imzalanması üçün səlahiyyət verilməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X7 tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamədə təmsil edənin təmsil edilən adından dövlət orqanlarında onun adından ərizə verməsi nəzərdə tutulsa da, məhz iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Halbuki, MPM-in 74.2-ci maddəsinin tələbi baxımından məhkəmədə iddia ərizəsinin imzalanması səlahiyyətinin verilməsi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan vəziyyətdə, X8 Şıxaliyevin adından iddia ərizəsini imzalamaq hüququ yoxdur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsaslanaraq və Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №e-2(071)-381/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-381/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver