Məhkəmə qərarları › İş №e-2(071)-383/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-383/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-383/2023 05.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 40008276 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 479,99 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40008276 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 503,9 manat dəyərində nisyə aldığı mala görə 24 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 479,99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 479,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya təhvil təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 479,99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 503.99 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı MMC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. xx.xx.2023-cü il tarixindəki arayışdan görünür ki, cavabdeh "xxxx" MMC-dən aldığı Samsung Galaxy A13 (A135)4GB/128GB Black markalı telefonun sifarişindən imtina etmiş və onu geri qaytarmışdır. AR Mülki məcəlləsinin 199.1ci maddəsinə əsaən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürməlidir. Borclu Cavabdeh aldığı malın sifarişindən imtina etməsi və onu geri qaytarması ilə bağlı İddiaçı QSC-yə heç bir məlumat verməmişdir. Halbuki, tələbin İddiaçı QSC yə güzəşt edilməsi ilə bağlı bildiriş cavabdehə müqavilə bağlandığı zaman təqdim edilmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilən arayışa əsasən Cavabdehnun borcunun 0 olması və borc öhdəliyinin "xxxx" MMC-yə məxsus olduğu göstərilmişdir. Bildirmək istəyirlər ki, "xxxx" MMC-nin sistemində borcun 0 olması başa düşülən haldır. Belə ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsinə əsasən cavabdeh məhsulu əldə etdiyinə dair sənədləri imzaladığı andan etibarən İddiaçı QSC müvafiq ödənişi "xxxx" MMC-nin hesabına köçürür. Arayışda qeyd edilənlərə əlavə kimi borclunun "xxxx" MMC-yə qarşı tələb hüququ yaranır. Bundan əlavə, AR Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, Cavabdeh məhsulun sifarişindən imtina etməsi və geri qaytarması barədə heç bir sənəd təqdim etməmişdir. Həmçinin borclunun 24 manat dəyərində ilkin ödəniş etməsi də onun məhsulu əldə etməsinə dair digər bir faktdır. Ferrum Capital QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alaraq işə onların iştirakları olmadan baxılmasını və iddia tələblərini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin bir ədəd Samsung markalı telefonu almış, lakin telefonu aldıqdan 1-2 gün sonra telefonu aldığı mağazaya geri qaytarmışdır. Bir müddət sonra həmin mağazadan başqa bir telefon almışdır və hazırda ikinci dəfə aldığı telefona görə ödənişlərini vaxtı-vaxtında yerinə yetirir. İddiaçı QSC-nin ona qarşı məhkəmədə iddia irəli sürdüyünü bildikdən sonra bu barədə "xxxx" MMC-yə müraciət etmiş, oradan isə bildirmişlər ki, bu məsələyə görə narahat olmayın, telefonu qaytardığınıza görə borcunuz yoxdur. İddiaçı QSC-nin pul tələbini onlar ödəyəcəklər. Bu barədə ona arayış təqdim etdilər və həmin arayışı o, məhkəməyə təqdim etmişdir. Hesab edir ki, aldığı birinci telefonu qısa müddət sonra qaytardığına görə ondan həmin telefona görə pul tələb edilməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 15 may 2022-ci il tarixli qərardadına əsasən "xxxx" MMC mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş və məhkəmə baxış iclasının vaxtı və yeri barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Üçüncü şəxsin nümayəndəsi X1 ərizə və eyni zamanda etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək mülki işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassızdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında 40008276 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcı 12 ay müddətinə hissə hissə ödəmək şərti ilə öhdəlik götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında 40008276 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi əlavə təhvil-təslim aktına əsasən qiyməti 503.99 manat məbləğində 24 manat ilkin ödəniş etməklə “SAMSUNG Galaxy A13 (A135)4G/ 128GB Black” markalı mobil telefon satılmışdır. Sonradan alıcı yuxarıda qeyd olunan mobil telefonun funksiyalarından istifadə edə bilməməsi səbəbindən yuxarıda qeyd olunan müqavilə üzrə aldığı mobil telefondan məhsulu qanunla müəyyən edilmiş müddət ərzində məhsulu geri qaytarmışdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Hazırda Cavabdeh BİNK10058 saylı xx.xx.2021-ci tarixli nisyə alqı- satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Yuxarıda qeyd olunan hallar barədə İddiaçı QSC-yə məlumat verilmişdir. Hesab edirlər ki, Cavabdeh 40008276 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə SAMSUNG Galaxy A13 (A135)4G/ 128GB Black” markalı mobil telefonu geri qaytardığından, alıcıda olmayan məhsula görə həmin müqavilə üzrə ondan pul tələb edilə bilməz. İddiaçı QSC iddia edirsə ki, onunla "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin hesabına alıcı Cavabdeh görə pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərini, bank çıxarışlarını, (ödəniş tapşıqlarını) təqdim etməklə "xxxx" MMC-dən ödəmiş olduğu pul vəsaitini geri tələb edə bilər. Bu cür tələb etmək onun subyektiv hüquqdur. Lakin Cavabdeh qarşı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunan bütün hallarla bağlı İddiaçı QSC məlumatlandırılmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iddiaçının və üçüncü şəxsin nümayəndələrinin yazılı ərizələrində irəli sürdükləri və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan 28 fevral 2019-cu il tarixli, R-16/19 saylı tələbin güzəşti barədə faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC ilə İddiaçı QSC arasında faktorin müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir, 2.2-ci maddəsinə əsasən faktor maliyyələşdirməni sazişdə göstərilən faktorinq komissiyası, əməliyyat komissiyası və digər komissiyaları çıxılmaqla həyata keçirir, sazişdə göstərilən faktorinq komissiyasını, Əməliyyat komissiyası və digər komissiyaların İFÖ vəya QFÖ məbləğindən tutulacağı nəzərdə tutula bilər. 2.3-cü maddəsinə əsasən, faktor sazişin imzalandığı tarixdən 7 (yeddi) iş günü ərzində sazişdə göstərilən faktorinq komissiyasını toplam İFÖ məbləğindən çıxılmaqla qalan İFÖ məbləğini, müştəriyə ödəyir, 2.4-cü maddəsinə əsasən, sazişin imzalanması ilə faktor borcluya qarşı münasibətdə kreditor qismində çıxış edir, borcludan öhdəliklərinin icra edilməsini tələb edir. Faktor borcludan tələb məbləğini həm özü toplaya bilər həm də bu işi müştəriyə həvalə edə bilər, 2.5-ci maddəsinə əsasən, güzəşt edilən tələb əsas müqavilədə manatla vaya hər hansı bir xarici valyuta ilə göstərilmişsə faktor bu tələbi manatla və ya əsas müqavilədə göstərilən valyuta ilə eyni miqdarda borcludan tələb edir. Əsas müqavilədə tələbin manatla göstərilməsi va ödənişinin ödəniş günündə həmin günün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş, manatın hər hansı bir xarici valyutaya olan məzənnəsi ilə həyata keçiriləcəyinin qüyd olunması yuxarıdakı qaydaya istisna təşkil edir. Güzəşt edilən tələb müqavilənin imzalanmasından öncə imzalanması vaxtı və ya imzalandığı tarixdən sonra yarana bilər. Faktora güzəşt edilən tələb miqdarı müştərinin borclu qarşısındakı tələb miqdarının tamamı və ya bir hissəsi ola bilər. Müştərinin tələbi ilə bağlı girov, ipoteka, zamin, bank qarantiyası və s. təminatları, o cümlədən əsas müqavilədə ödənişin gecikdirilməsinə görə müəyyən edilmiş dəbbə pulu tələbi müqavilə ilə faktora keçir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 40008276 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında nisyə alqısatqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, “Satıcı” “Alıcı”ya siyahısı təhvil-təslim aktında (əlavə 2) göstərilən mal(lar)ı satır, alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilədə razılaşdırılmış qaydada mal(lar)ın dəyərini satıcıya ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Samsung Galaxy A13 (A135) 4GB/128GB black markalı mobil telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan R-16/19 saylı , xx.xx.2019-cu il tarixli faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0214 saylı sazişdən görünür ki, "xxxx" MMC tərəfindən faktor İddiaçı QSC-yə 114.368,58 manat güzəşt edilmişdir. Həmin sazişdə borcluların adları və borcları barədə məlumatlar əks olunmuşdur. Həmin siyahıda həmçinin Cavabdeh adı və onun 479,99 manat borcunun olduğu qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışında qeyd olunur ki, xx.xx.2022-ci il tarixli, 40008276 saylı alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə əsas məbləğ üzrə borcu 479,99 manat, cərimə borcu, 0 manat, ümumi borcu 479,99 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 05 aprel 2023-cü il tarixli arayışda qeyd olunur ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, 40008276 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (mobil cihaz Samsung Galaxy A13 (A135) 4GB/128GB black) imtina etmiş və məhsulu geri qaytarmışdır.Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda ******* saylı müqavilə üzrə "xxxx" MMC sistemində 0 manat təşkil edir. Ferrum Capitalda 40008276 saylı müqavilə üzrə borcalanın adında olan 479,99 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh (alıcı) ilə "xxxx" MMC (satıcı) arasında xx.xx.2022-ci il tarixdə 40008276 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Samsung Galaxy A13 (A135) 4GB/128GB black markalı mobil telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. Bundan qısa müddət sonra alıcı Cavabdeh aldığı məhsulu satıcı "xxxx" MMC-yə geri qaytarmışdır. "xxxx" MMC ilə İddiaçı QSC arasında 28 fevral 2019-cu il tarixdə R-16/19 saylı tələbin güzəşti barədə faktorinq müqaviləsi bağlanmışdır. Həmin faktorinq müqaviləsinə əlavə olunan xx.xx.2022-ci il tarixli, R-xx/xx-0214 saylı sazişə əsasən "xxxx" MMC tərəfindən faktor İddiaçı QSC-yə 114.368,58 manat dəyərində tələb hüquqları güzəşt edilmişdir. Həmin sazişdə borcluların adları və borcları barədə məlumatlar əks olunmuşdur. Həmin siyahıda həmçinin Cavabdeh adı və onun 479,99 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə satıcı "xxxx" MMC-dən nisyə alqı-satqı müqaviləsi əsasında məhsul (Samsung markalı telefon) alsa da, sonradan müqavilə üzrə aldığı məhsulu qanunla müəyyən edilmiş müddət ərzində (iddiaçının bildirməsinə görə 1-2 gün sonra) geri qaytarmış və satıcı qaytarılmış məhsulu qəbul etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə bağlanmış sazişə əsasən satıcının Cavabdeh qarşı olan pul tələbi iddiaçıya güzəşt edilmişdir. Belə olan vəziyyətdə cavabdehdə olmayan və satıcıya geri qaytarılmış, bununla da tələb hüququnun mövcud olmadığı halda, həmin məhsulun dəyərinin iddiaçı tərəfindən cavabdehdən tələb edilməsi əsassızdır. Mülki Məcəllənin 656-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 654.1-ci maddəsinə əsasən hər hansı tələbin və hər hansı digər hüququn satıcısı həmin tələbin və ya hüququn həqiqətən mövcud olmasına cavabdehdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı QSC mövcud olmayan tələbin güzəşt edilməsinə görə "xxxx" MMC-yə qarşı ödəmiş olduğu pul vəsaitinin geri qaytarılması ilə bağlı tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və bank xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar