Məhkəmə qərarları › İş №e-2(071)-435/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-435/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-435/2024 02.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Cavabdeh qarşı "müqavilənin ləğv olunması, maddi ziyan və borc" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə 257,72 manat gecikdirilmiş əsas, 148,29 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 317,73 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 77- PT-316 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3404,48 manat, ümumilikdə 4128,22 manat borc və ödənilmiş 61,29 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407,60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22565 manatın 17000 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə X3, X1 və İddiaçı MMC arasında MAS-5272saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X1 öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3404,48 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2024-cü il tarixə ümumilikdə 723,74 manat məbləğində gecikmə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmənin baxış iclasında iştrakları olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş və bu barədə məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2022ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22565 manatın 17000 manatı əsas məbləğ təşkil edir. xx.xx.2022-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə X3, X1 və İddiaçı MMC arasında MAS-5272saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X1 öz üzərinə götürmüşdür. Daha sonra xx.xx.2022-ci il tarixdə X1, Cavabdeh və İddiaçı MMC arasında MAS-5272 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixli MAS-5272 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan BB seriyalı, 248710 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan İddiaçı MMC Azərmaş Servis tərəfindən verilmiş xx.xx.2024ci il tarixli qüsur aktından müəyyən edilir ki, “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 3404,48 manat tələb olunur. İş materiallarından İddiaçı MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli, 620 nömrəli maliyyə arayışına əsasən Cavabdeh MAS-5272 saylı, xx.xx.2022-ci il tarixli saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2024-ci il tarixə 257,72 manat əsas borc, 148,29 manat lizinq mükafatı, 317,73 manat cərimə olmaqla cəmi 723,74 manat borcu vardır. İş materiallarında olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından müəyyən olunur ki, qurumun əvvəlki adı "xxxx" MMC, hazırki adı isə İddiaçı MMC-dir. Məhkəmə qeyd edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borcun, lizinq mükafatının və cərimə borcunun tutulması əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin 8.1-ci bəndinə əsasən lizinq obyektinə faktiki sahiblik və istifadəsindən asılı olmayaraq, bu müqavilənin bütün müddəti ərzində lizinq verənə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini (lizinq ödənişlərinə - lizinq obyektinin dəyəri, mükafatın məbləği, bank xərcləri və servis haqqı, sığorta haqları daxildir) ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən onun xeyrinə dəymiş zərərin əvəzi olaraq 3404,48 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır və cavabdehdən 3404,48 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olan 61,29 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-5272 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh MAS-5272 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 257,72 manat əsas, 148,29 manat lizinq mükafatı, 317,73 manat dəbbə pulu, 3404,48 manat dəymiş zərər olmaqla, ümumilikdə 4128,22 (dörd min yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 61,29 (altəmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MAS-5272 saylı, xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 257,72 manat əsas, 148,29 manat lizinq mükafatı, 317,73 manat dəbbə pulu, 3404,48 manat dəymiş zərər olmaqla, ümumilikdə 4128,22 (dörd min yüz iyirmi səkkiz manat iyirmi iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 61,29 (altımış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar